Accessibility links

Dünya Bankı TANAP layihəsinə kredit ayırıb


TANAP
TANAP

Dünya Bankının (DB) Direktorlar Şurası Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinə 800 mln. ABŞ dolları kredit ayrılması ilə bağlı qərar qəbul edib.

Bu barədə Dünya Bankı məlumat yayıb.

Kreditin 400 mln. dolları Azərbaycan dövlətinin zəmanəti ilə "Cənub Qaz Dəhlizi" QSC-yə, yerdə qalan hissəsi isə Türkiyə dövlətinin zəmanəti ilə BOTAŞ şirkətinə veriləcək.

TANAP Azərbaycandan təbii qazı Türkiyəyə, oradan isə Avropaya nəql edəcək. Bununla da Azərbaycan qaz ixracı bazarlarını şaxələndirəcək, Türkiyə və cənub-şərqi Avropada isə enerji təchizatının təhlükəsizliyi yaxşılaşdırılacaq.

Dünya Bankının vitse-prezidenti Cyril Muller deyib ki, TANAP rəqabətə şərait yaratmaqla yanaşı, Azərbaycan və Türkiyə əhalisinə yeni iqtisadi imkanlar açacaq. Onun fikrincə, layihə Avropa və Türkiyədə enerji təhlükəsizliyinin təminatını dəstəkləyəcək.

TANAP-ın 2018-ci ildə təhvil veriləcəyi gözlənilir. TAP boru kəməri (Yunanıstan-Albaniya-İtaliya) tikildikdən sonra isə 2020-ci ildə qaz Avropaya nəql olunacaq.

Layihədə 58% SOCAR dövlət neft şirkətinin, 12% Türkiyənin BOTAŞ şirkətinin və 12% BP-nin payı var. Səhmdarlar layihəni öz pay iştiraklarına uyğun olaraq maliyyələşdirməlidirlər. Türkiyənin BOTAŞ şirkətinin payı 3 mlrd. dollar təşkil edir. Bu vəsaitin mənimsənilməsi üçün Türkiyə şirkəti Dünya Bankından 1 mlrd. dollar, Avropa İnvestisiya Bankından isə 1 mlrd. avro borc alıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG