Accessibility links

SOCAR "Petkim"dəki payının daha bir hissəsini satmağı düşünür


SOCAR
SOCAR

«Petkim»in əsas səhmdarı SOCAR-dır

«SOCAR Turkey Enerji A.S.» Türkiyənin «Petkim» neft-kimya kompleksindəki payının daha bir hissəsini satmağı planlaşdırır.

Bu barədə Türkiyənin İctimaiyyəti Məlumatlandırma İdarəsinin məlumatında bildirilir.

SOCAR-ın nəzarətində qalan səhmlərin bir hissəsinin satışa çıxarıldığı qeyd edilir.

«Trend» agentliyi xəbər verir ki, satışın mart ayı ərzində baş tutacağı gözlənilir.

Bu, SOCAR-ın «Petkim»dəki paylarının ilk satışı deyil. Ötən ilin sonunda SOCAR-ın «Petkim Petrokimya Holding»dəki paylarının hissələri iki dəfə satışa çıxarılmışdı.

İlk satış zamanı SOCAR «Petkim»dəki payının 1.67 faizini vermişdi.

Növbəti dəfə isə SOCAR 152 milyon türk lirəsi (49 milyon ABŞ dolları) dəyərində payının kiçik bir hissəsini satmışdı. Şirkət o zaman bildirmişdi ki, birjada satılan səhmlərin nominal dəyəri 4.35 lirə, səhmlərin ümumi sayı isə 35 milyon ədəddir.

«Bununla da «SOCAR Turkey Enerji A.Ş.»nin payı 54.65 faizdən 53.32 faizədək azalıb», - o zaman şirkətin açıqlamasında bildirilmişdi.

Şirkət səhm satışının səbəbləri haqda rəsmi məlumat verməyib.

«Petkim»in əsas səhmdarı SOCAR-dır.

«Petkim» Türkiyədə fəaliyyətə 1970-ci ildə başlayıb. 2008-ci il mayın 30-da keçirilmiş hərracda «Petkim Petrokimya Holding A.Ş.»nin səhmlərinin böyük hissəsini 2 milyard 40 milyon dollara «SOCAR&Turcas Enerji A.Ş.» əldə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG