Accessibility links

Aslan İsmayılov: Ədalətli məhkəmə araşdırmasının olmaması investisiya mühitini məhv edir [Video-müsahibə]


Aslan İsmayılov: Azərbaycanda investisiya mühütünü məhv edən ədalətli məhkəmə araşdırmasının olmamasıdır
please wait

No media source currently available

0:00 0:06:40 0:00

Aslan İsmayılov: Azərbaycanda investisiya mühütünü məhv edən ədalətli məhkəmə araşdırmasının olmamasıdır

“Viza” Hüquq fifmasının rəhbəri Aslan İsmayılov Amerikanın Səsinə müsahibəsi

“Viza” Hüquq fifmasının rəhbəri Aslan İsmayılov Amerikanın Səsinə müsahibəsində Azərbaycan qanunvericiliyinin investisiya mühitinə təsirlərindən danışıb.

Amerikanın Səsi: Azərbaycan qanunvericiliyi ölkədə investisiya mühitini liberallaşdıra bilibmi?

Mən məşğul olduğum onlarla işlərlə bağlı müraciət etmişəm, amma haqqımızı müdafiə edə bilməmişik. Ona görə ki, qanunvericilik icra olunmur.

Aslan İsmayılov: Bilirsiniz, Azərbaycanda bu ən böyük problemdir. Çoxları bəzən bilərəkdən, bəziləri isə bilməyərəkdən, bu gün Azərbaycanda baş verən investisiya mühitində olan anormallığı qanunvericiliyin mükəmməl olmaması ilə əlaqələndirmək istəyir. Azərbaycan qanunvericiliyi, - tam məsuliyyətimlə deyirəm, - normal investisiya mühiti yaratmağa qadirdir. Sadəcə ikinci tərəfi var, qanunvericilik icra olunur. Ona görə ki, investor gəlir, haqqı pozulur. Mən məşğul olduğum onlarla işlərlə bağlı müraciət etmişəm, amma haqqımızı müdafiə edə bilməmişik. Ona görə ki, qanunvericilik icra olunmur. Adicə sonuncu mənim apardığım böyük bir iş “Emre Piliç”, - bu gün Azərbaycan gündəmini zəbt edən işlə bağlı, Korrusiyaya Qarşı Mübarizə İdarəsində material toplanır, cinayət işinin qaldırılması qalıb və biz əmin olmuşuq ki, həmin adamı həbs edəcəklər. Həmin adam da bizimlə cürbəcür yollarla danışığa gedib, əlaqə yaratmaq istəyib ki, məsuliyyətdən qaçsın. Ona görə ki, biz görmüşük ki, bu realdı. Amma, son məqamda həmin adam 1 milyon 300 min verəcəyinin, görünür bir hissəsi kiməsə söz verdi və adam haqqında materiallar, sənədlər ola-ola cinayət işi qaldırılmır.

Amerikanın Səsi: Azərbyacan rəhbərliyi investorları ölkə iqtisadiyyatına investisiya yatırmağa dəvət edir? Ölkədə investisiyaya və investorlara münasibətin tarixi təcrübəsi nə deyir?

2005-ci ildə Azərbaycan sahibkarlığına birinci dəfə hücüm çəkiləndə, mən ANS TV-nin efirindən bağırırdım ki, bu Azərbaycan iqtisadiyyatının çökməsinə aparacaq.

Aslan İsmayılov: Səhv etmirəmsə aprelin 5 və 7-si İstanbulda böyük bir tədbir olacaq. Orada keçmiş prezidentlər, prezidentliyə namizədlər və bütün dünyadan iş adamları dəvət olunub. Həmin tədbirin məqsədi, investorları Azərbaycana investisiya qoymağa dəvət etməkdir. Amma, sizi tam əmin edirəm, minlərlə tədbir, milyardlarla pullar xərclənsə də bu mümkün deyil. Niyə? Ona görə ki, Azərbaycanın bu sahədə çox qara tarixi var. Yadınızda olarsa, 2005-ci ildə Azərbaycan sahibkarlığına birinci dəfə hücüm çəkiləndə mən ANS TV-nin efirindən bağırırdım ki, bu Azərbaycan iqtisadiyyatının çökməsinə aparacaq. O zaman Azərbaycanda iş adamlarının yeni qurulmuş və iqtisadi mühit yaratmış orta sinfi var idi. Günün günorta çağı, bütün Azərbaycan əhalisinin gözü qarşısında qoluzorluların, polisin, hüquq mühafizə orqanlarının əlləri ilə onların hamısnın əmlakları əllərindən alındı. Azərbaycanda elektrik sahəsində olan anormallığı o zaman Arabul ("Barmek-Azərbaycan" şirkətinin prezidenti Hüseyn Arabul nəzərdə tutulur-red) adlı birisi aradan qaldırdı. Hərçənd mənim ondan xoşum gəlmirdi. Amma, real faydalı bir iş qurdu. Onun başına nə oyunlar açıldı. (Hüseyn Aarabul barədə 2007-ci ildə cinayət işi qaldırılıb, 2009-cu ildə həbs edilib və nəhayət ölkədən gedib-red)

Onlarla bu cür adamlar var ki, hansının ki, əmlakları əlindən alınıb. Poladtökmə sahəsində başqaları var idi. Bunların əmlakları əlindən alındı və onları ölkədən qovdular. Uzağa getmək lazım deyil, bu günlərdə Bombardier" şirkəti ilə bağlı Kanadada, - səhv etmirəmsə, həm də İsveçdə bir cinayət işi aparılır. Kanada və İsveç hüquq mühafizə orqanları dünyaya sübut edir ki, yol tikintisinə, yəni dəmir yolunun hansısa elektrik quraşdırıcı avadanlığının təmir edilməsinə 2-3 dəfə aşağı qiymətlə həmin tenderdə iştirak edən şirkətlər olub. Amma onlara verilməyib. Tender iki üç dəfə baha və keyfiyyətsiz iş apara biləcək tanınmayan bir şirkətə verilib və orada milyonlarla rüşvət alınıb. Belə olan yerdə özünə hörmət edən hansı bir şirkət Azərbaycana investisiya yatırar? Ona görə də son dövr Azərbaycana gələn adamlar ancaq dələduz və qara yollarla pul qazanmaq istəyənlərdi ki, həmin o pulları burda hakimiyyət nümayəndələri ilə bölüşdürəcək.

Amerikanın Səsi: Investorların hüquqlarını məhkəmələrdə müdafiə edən hüquqşünas kimi mövcud məhkəmə praktikası barədə nə deyə bilərsiniz?

Əgər hakimiyyətin marağı ilə bağlı istənilən bir işdə kim desə, mən o işdə uğur qazana bilərəm, iki haldan birini deyəcəm, - ya bilmir ya da yalançıdır.

Aslan İsmayılov: Sizə bir şey deyim, Azərbaycanda investisiya mühitini birinci növbədə məhv edən məhkəmə sisteminin olmamsıdır. Məhkəmə sistemi var. Amma ədalətli məhkəmə araşdırmanın olmamasıdır. Əgər hakimiyyətin marağı ilə bağlı istənilən bir işdə kim desə, mən o işdə uğur qazana bilərəm, iki haldan birini deyəcəm, - ya bilmir ya da yalançıdır. Ona görə ki, mən onlarla iş adamlarının hüquqlarını məhkəmədə müdafiə eləmişəm. Hakimlər özləri etiraf ediblər, biz bilirik siz düzsünüz, amma mümkün deyil.

Kim desə ki, Azərbaycanda nəyəsə nail olmaq olar, bu yalandı. Bizdə, Azərbaycanda məhkəmə hakimiyyəti yoxdur. Ədalətli mühakimə yoxdur. Dünyada qəbul olunmuş qərar var. İstənilən sanballı, özünə hörmət edən şirkətlər hansısa ölkəyə gedib investisiya yatırmaq üçün birinci növbədə onun araşdırdığı məsələ ədalətli məhkəmə, mühakimə sisteminin olub-olmaması olur. Bu yoxdursa investisiya qoymur.

Qeyd: Bir qayda olaraq Azərbaycan hökuməti ölkədə əlverişli investisiya mühitinin, ədalətli məhkəmə sisteminin və bütün insanların qanun qarşısında bərabər olduğunu bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG