Accessibility links

Vahid Əhmədov: Manatın şok-terapiya devalvasiyasının tərəfdarı deyiləm [Video-müsahibə]


Vahid Əhmədov: Manatın şok-terapiya devalvasiyasının tərəfdarı deyiləm
please wait

No media source currently available

0:00 0:06:04 0:00

Milli Məclisin deputatının Amerikanın Səsinə müsahibəsi

Milli Məclisin deputatı Vahid Əhmədov Amerikanın Səsinə müsahibəsində ilin iqtisadi yekunlarından, iqtisadi və maliyyə böhranından, manatın devalvasiyasından və 2016-cı ildə iqtisadi sahədə gözlənilən yeniliklərdən danışıb.

Amerikanın Səsi: 2015-ci il Azərbaycan iqtisadiyyatını hansı sınaqlara çəkdi?

Vahid Əhmədov: Ümumiyyətlə, 2015-ci il bütün dünya iqtisadiyyatında müəyyən sarsıntılarla yadda qaldı. Ona görə də hesab edirəm ki, Azərbaycan iqtisadiyyatını da müəyyən sınağa çəkdi. 2015-ci ildə müəyyən hadisələr yaşandı. Birinci, neftin qiymətinin kəskin aşağı düşməsi, neftdən gələn gəlirlərin Azərbaycanın dövlət büdcəsində faizinin yüksək olması, o cümlədən 21 fevralda devalvasiya sisteminin həyata keçirilməsi əlbəttə, Azərbaycan iqtisadiyyatına öz təsirlərini göstərdi. Mən belə hesab edirəm ki, bütün bu proseslərə baxmayaraq 2015-ci ilin 11 ayının yekunları göstərir ki, Azərbaycan iqtisadiyyatı hələlik davamlı iqtisadiyyatdır, dözümlü iqtisadiyyatdır. Çünki ümumdaxili məhsulda haradasa 3 faiz artım var. İnflyasiya çox aşağıdır, yəni bir (rəqəmlidir-red) faizlidir. 2015-ci il nə qədər bizi sınaqlara çəksə də ili uğurla başa vuracağıq.

Amerikanın Səsi: Bu il ölkədə iqtisadi və sosial durumda hansı dəyişikliklər baş verib? Əhalinin sosial vəziyyəti yaxşılaşıbmı?

Vahid Əhmədov: Belə götürəndə, əhalinin gəlirləri artıb. 2014-cü ilə nisbətən 2015-ci ildə artım var. Düzdür artım çox böyük deyil, 4 faizə yaxındır. O cümlədən inflasiya aşağı olub, bir rəqəm səviyyəsində saxlanılıb. Əhalinin sosial vəziyyətinə gəlincə, bizim büdcə tərəfindən qəbul etdiyimiz bütün sosial layihələr yerinə yetirilib. İstər pensiya sistemi, istər sosial müavinətlər, istər əmək haqqı olsun, bunların heç birində kəsir əmələ gəlməyib. Bəli, 11 ayın yekunları göstərir ki, Azərbaycan dövləti, hökuməti öhdəsinə götürdüyü bütün öhdəlikləri yerinə yetirib.

Amerikanın Səsi: Amma prezident bildirdi ki, 30 min daimi iş yeri itirilib.

Vahid Əhmədov: Bəli, bu faktdır. Bir vaxtlar Azərbaycan hökuməti daha çox neft sahəsinə fikir verirdi, bu sahəni inkişaf etdirirdi. Amma son illərdə Azərbaycan dövlət başçısı da mütəmadi olaraq hökumətin iclaslarında, sonra dövlət büdcəsi müzakirə olunanda qeyri-neft sektoruna diqqəti artırdı. Yəni baxma ki, qeyri-neft sektoru Azərbaycanda son illərdə, təxminən axırıncı 3 ildə hər il 11 faiz inkişaf eləməyə başladı. Amma burada müəyyən qədər iş yerlərinin itirilməsi problemləri yarandı. Xüsusilə 21 fevral devalvasiyasından sonra müəyyən tikinti sahələri dayandırıldı, müəyyən problemlər yarandı. Yəni müəyyən iş yerlərinin, xüsusilə də müvəqqəti iş yerlərinin bağlanmasına səbəb oldu.

Amerikanın Səsi: 2015-ci ildə Azərbaycan manatı devalvasiyaya uğradı? Yeni devalvasiya gözlənilirmi? Azərbaycan Mərkəzi Bankı dözə biləcəkmi?

2016-cı ildə ola bilər ki, neftin qiymərində müəyyən enmələr-qalxmalar baş versin. Amma, manatın devalvasiyası mümkündür.

Vahid Əhmədov: Ümumiyyətlə, manat birbaşa neftin qiymətindən asılıdır. Yəni, bizim milli valyutamız, o cümlədən dövlət büdcəmiz neftdən asılı bir büdcədir. Bayaq qeyd etdiyim kimi, son zamanlar qeyri-neft sektorunda inkişaf olsa da, amma qeyri-neft sektorundan daxil olmaların məbləği o qədər də çox deyil. Təxminən dövlət büdcəsinin haradasa 37-38 faizini təşkil edir. Ona görə də manatın devalvasiyası neftin qiymətindən asılıdır. Neftin qiyməti kəskin aşağı düşərsə, ümumiyyətlə manatın devalvasiyası mümkündür. Amma mən bunu bir neçə dəfə mətbuatda da bildirmişəm. Mən manatın belə şok-terapiya devalvasiyasının tərəfdarı deyiləm. Onsuz da gec-tez manat daxili bazarda öz həqiqi qiymətini tapmalıdır. Yəni, üzən məzənnə siyasəti aparmaq lazımdır, yumşaq devalvasiyaya getmək lazımdır ki, insanlar şok-terapiya yaşamasın. Amma manat istər-istəməz müəyyən qədər öz məzənnəsini itirəcək. Neftin 1 barrelinin qiyməti hazırda 38 dollardır. Ola bilsin ki, bundan da aşağı düşsün. Düzdür biz dövlət büdcəsində 50 dollar götürmüşük. Amma 2016-cı ildə ola bilər ki, neftin qiymərində müəyyən enmələr-qalxmalar baş versin. Amma manatın devalvasiyası mümkündür.

Amerikanın Səsi: 2016-cı ilə dünyada iqtisadi və maliyyə böhranının dərinləşəcəyi proqnozlaşdırılır. Azərbaycanda nələr baş verəcək? Çünki büdcə gəlirləri də azalıb.

Əgər hətta neftin qiyməti kəskin aşağı düşərsə Azərbaycanın kifayət qədər ehtiyatı var. Ola bilər ki, dövlət başçısı həmin ehtiyatdan istifadə etsin

Vahid Əhmədov: Büdcə gəlirləri 2015-ci ildə 21 milyard manata yaxın idisə, 2016-cı ildə biz bunu 14,7 milyard manatdan az götürmüşük. Təxminən 6 milyardan bir qədər də artıq büdcə gəlirləri azdır. Bu da birbaşa neftin qiyməti ilə bağlıdır. İkincisi isə dövlət başçısının göstərişinə əsasən hər il Dövlət Neft Fondundan dövlət büdcəsinə 11-12 milyard manat transfer edirdik. Amma 2016-cı ildə cəmi 6 milyard manat transfer edirik. Bir də bununla əlaqədardır. Ona görə də baxmayaraq ki, dünyada çox ciddi siyasi, iqtisadi proseslər gedir, dərin böhran gedir, 2016-cı ilin dövlət büdcəsi Milli Məclis tərəfindən təsdiq edilib. Büdcədə sosial layihələrlə bağlı heç bir enmələr hiss olunmur, yəni nəzərə alınmayıb. Dövlət başçısının göstərişinə əsasən bütün sosial layihələrdə hətta artımlar da var. Hətta əmək haqqının artımı da var. Sosial müavinətlərdir, pensiyalardır, əmək haqlarıdır hamısı həmin qaydada saxlanılıb. Yəni 2016-cı il üçün mən Azərbaycanın dövlət büdcəsində, ümumiyyətlə iqtisadi həyatında ciddi problemlər gözləmirəm. Nəyə görə? Əgər hətta neftin qiyməti kəskin aşağı düşərsə Azərbaycanın kifayət qədər ehtiyatı var. Ola bilər ki, dövlət başçısı həmin ehtiyatdan istifadə etsin.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG