Accessibility links

İraq kürdləri neft ixracatını dayandırıb



İraq hökuməti ilə yarı-muxtar kürd regionunun yerli hökuməti arasında gərgin münasibətlər ölkənin neft ixracatına öz təsirini göstərir.

İraq rəsmiləri kürdlərin neft təchizatının bütünlüklə dayandırıldığını bildirib. Kürd Təbii Ehtiyatlar naziri Əli Hüsyen Balo Assoşieyted Press agentliyinə Bağdadda mərkəzi hökumətlə ödənişlərlə bağlı yaranmış mübahisə ilə əlaqədr olaraq neft ixracatının dayandırıldığını təsdiq edib.

İraq Kürdüstanının rəsmiləri mərkəzi hökumətin əvvəlki razılaşmaya uyğun olaraq 1,5 milyard dollar əvəzinə onun yalnız bir hissəsini, 550 milyon dollar ödədiyini bildirir.

İraq baş nazirinin enerji məsələləri üzrə müavininin sözçüsü Assoşieyted Press agentliyinə bildirib ki, ödənişlər Kürd regionunun neft təchizatını bütünlüklə təmin etmədiyinə görə kəsilib.

İraq və yarı-muxtar kürd regionu arasında neft ixracı, xarici şirkətlərlə neft razılaşmaları və torpaq hüquqları məsələləri ətrafında mübahisələr gedir. Kürdlər bu mübahisələrə görə bir neçə dəfə neft təchizatını dayandırıb.

İraq dünyada ən böyük neft ehtiyatlarına malik ölkələrdən biridir. Hər gün ölkədən 2,6 milyon barrel neft ixrac edilir. İraq rəsmiləri gələn il neft ixracatının həcminin gündə 2,9 milyon barrelə çatdırılacağıan ümid bəsləyir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG