Accessibility links

İradə Cavadova: Mülkiyyət hüququ - ədalətsiz kompensasiyalar, ədalətsiz köçürmələr [Video-Müsahibə]


İnsan Hüquqları üzrə Maarifçilik İctimai Birliyinin rəhbərinin Amerikanın Səsinə müsahibəsi

İnsan Hüquqları üzrə Maarifçilik İctimai Birliyinin rəhbəri İradə Cavadova Amerikanın Səsinə müsahibəsində mülkiyyət hüququnun pozulması hallarının kütləvi xarakterindən, məhkəmələrin mülkiyyətçilərin hüququnu qoruya bilməməsindən danışıb.

Cavadova bildirib ki, ölkədə mülkiyyət hüquqlarının qorunması çox zəifdir. “Ədalətsiz qərarlar, ədalətsiz kompensasiyalar, ədalətsiz köçürmələr baş verir”,

Onun sözlərinə görə, hazırda dövlət və özəl sektorun layihələrində 500 000 insanın yaşadığı evdən köçürülməsi nəzərdə tutulur. “Əhaliyə kompensasiya ödənilməsində, köçürülmə zamanı yerli qanunvericilik və beynəlxalq konvensiyalarla Azərbaycanın üzərinə götürdüyü öhdəliklər pozulur. Ədalətsiz kompensasiyalar təklif edilir. Bir çox hallarda isə təklif olunan kompensasiyalar belə illərlə ödənilmir. Köçürülmədən sonra yeni evdə mülkiyyət sənədləri verilmir. Çox hallarda mülkiyyətçiyə təzyiq edilir, sahibkarın istədiyi məbləğ verilir. Köçürülmə prosedurları pozulur. Sakinlər uzun müddət yaşadığı ərazidən şəhərin ucqarlarına köçürülür, illərlə istifadə etdiyi infrastrukturdan, qonşulardan, münasibətlər sistemindən məhrum olur”.

Hüquq müdafiəçisi çoxsaylı insanların məhkəmələrə müraciət etdiyini deyib. “Məhkəmələr çox zaman müraciətlərə səthi baxır və ədalətsiz qərarlar qəbul edir”, o qeyd edib.
XS
SM
MD
LG