Accessibility links

İran və dünyanın altı qüdrətli ölkəsi arasında nüvə proqramınən məhdudlaşdırılmasına dair danışıqlar davam edir. Müzakirəçilər uzun müddətli razılaşmanın əldə ediləcəyinə ümid edirlər.

Çərşənbə axşamı başlayan danışıqlar Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Ketrin Eştonun çıxışı ilə başlayıb. O, Vyanada keçirilən müzakirələri faydalı və əhəmiyyətli adlandırıb.

Keçən il İran və qrupun üzvləri olan Birləşmiş Ştatlar, Rusiya, Çin, Britaniya, Fransa və Almanya sanksiyaların müəyyən hissəsinin məhdudlaşdırılması müqabilində Tehranın həssas nüvə fəaliyyətlərini dayandırmasına dair ilkin razılıq əldə etmişdi.

Danışıqların davam etdiyi bir vaxt ABŞ senatorlarından ibarət bir qrup daimi razılıq və əsas prinsiplərin təmin olunmasını çağırıb.
XS
SM
MD
LG