İran rəsmilərinin hökumət əleyhdarı qrupu dəstəkləməkdə ittiham edilən kürd tələbənin edamını təxirə saldığı xəbər verilir. Həbibulla Lətifinin vəkili deyib ki, edamın icrası onun işinə yenidən baxılması üçün son anda təxirə salınıb. Lətifi Kürdüstan üçün Azad Həyat PJAK qrupuna kömkə etməkdə ittiham edilərək, 2008-ci ildə asılmaqla edama məhkum edilmişdi. PJAK Iranda kürd azlığa daha artıq hüquqlar verilməsinə çalışır və Türkiyənin cənub-şərqində kürdlər üçün muxtariyyət uğrunda mübarizə aparan Kürdüstan Fəhlə Partiyası PKK-nın bir hissəsi olduğunu bildirir. Bu arada, İranın Mehr xəbər agentliyi İsrailin xeyrinə casusluq etməkdə ittiham edilən şəxsə ölüm hökmünün çıxarıldığı haqda məlumat verib. Həmin şəxskin kimliyi haqda məlumat verilmir. Tehranın Baş prokuroru Abbas Dövlətabadi deyib ki, şübhəlinin şəxsiyyəti İranın Ali Məhkəməsi hökmü təsdiq etdikdən sonra açıqlanacaq. İsrail buna şərh verməyib.