Accessibility links

İranda həbsdə olan alman jurnalistlərin ailə üzvlərinin onlarla görüşünə icazə verilməyib

  • Amerikanın səsi

İranda həbsdə olan alman jurnalistlərin ailə üzvlərinin onlarla görüşünə icazə verilməyib

İranda həbsdə olan alman jurnalistlərin ailə üzvlərinin onlarla görüşünə icazə verilməyib

Almaniyanın Xarici İşlər naziri Quido Vestervellenin çağırışlarına baxmayaraq, İranda həbsdə olan iki alman jurnalistinin anası və bacısına onlarla görüşmək icazəsi verilməyib. Berlində Xarici iŞlər nazirliyinin sözçüsü qadınların adlarının ictimiayyətə açıqlanmadığı müxbirlərlə görüşünə izacə verilmədiyini bildirib. Müxbirlərin hər ikisi Almaniyanın Bild am Sonntag qəzetində çalışır. Xarici İşlər naziri Vestervelle Almaniya mətbuatına bildirib ki, o, görüşün baş tutacağını gözləyirdi. Jurnalistlər xəyanət və qətl ittihamları ilə ölüm cəzasına məhkum edilmiş Səkinə Məhəmmədi Aştiyaninin oğlu ilə müsahibə keçirməyə çalışdıqları vaxt oktyabrın 10-da həbs ediliblər. İranın Xarici İşlər naziriliyi bu ayın əvvəli alman jurnalistlərinin Milad bayramı ailə üzvlərilə görüşməsinin mümkün ola biləcəyini bildirmişdi.

XS
SM
MD
LG