Accessibility links

İran prezidentinin Livana səfərindən öncə ölkədə siyasi gərginlik müşahidə olunur

  • Amerikanın səsi

İran prezidentinin Livana səfərindən öncə ölkədə siyasi gərginlik müşahidə olunur

İran prezidentinin Livana səfərindən öncə ölkədə siyasi gərginlik müşahidə olunur

Livanda İran prezidenti Mahmud Əhmədinejadın səfərindən əvvəl Livanda siyasi gərginliklərin artdığı müşahidə olunur. Cənab Əhmədinejadın Livana sabah başlayacaq səfəri zamanı o, prezident Mişel Şüleyman və baş nazir Saad Həriri ilə görüşəcək. O həmçinin Livanda şiə müsəlman yaraqlı qrupu Hizbullahla da görüşməlidir. İranın dəstəklədiyi qrupun lideri Şeyx Həsən Nəsrulla livanlıları cənab Əhmədinejada 2006-ci ildə İsraillə müharibədən sonra Livanın bərpasında köməyinə görə təşəkkür etməyə çağırıb. Lakin Livanın qərb yönlü hakim koalisiyası cənab Əhmədinejadın Aralıq dənizi hövzəsində İrana istinadgah yaratmağa çalışacağından ehtiyat edir.

XS
SM
MD
LG