Accessibility links

İran parlamentinin spikeri ABŞ-ın Wikileaks-də açıqlanmış sənədlərə görə məsuliyyətə cəlb olunmasını istəyir

  • Amerikanın səsi

Larijani bu gün Tehranda parlamentdə mətbuat konfransı zamanı danışıb.

İran parlamentinin spikeri Əli Laricani deyib ki, Birləşmiş Ştatlar Wikileaks saytında açıqlanmış məxfi diplomatik sənədlərə görə məsuliyyətə cəlb olunmalıdır. Onun sözlərinə görə, ABŞ sənədlərin açıqlanması ilə bağlı şərh verməlidir. Laricani başqa ölkələrin də məsuliyyətə cəlb olunmalı olduğunu desə də, heç bir ölkənin adını çəkməyib. O bildirib ki, ABŞ diplomatiyası casusluq da daxil olmaqla, bəzi qeyri-diplomatik fəaliyyətləri əhatə edir. Əli Laricani həmçinin İranın nüvə proqramına da toxunaraq, bunun ölkənin milli maraqları və hüquqlarına aid məsələsi olduğunu deyib. O bu yaxınlarda Cenevrədə İran və qərbin qüdrətli dövlətləri arasında müzakirələrin müsbət yanaşma olduğunu deyərək, onların davam etdiriləcəyini bildirib. Növbəti müzakirələrin gələn il İstanbulda keçiriləməsi nəzərdə tutulur. Larijani bu açıqlamaları bu gün Tehranda partlamentdə mətbuat konfransı zamanı verib.

XS
SM
MD
LG