Accessibility links

İran 4 təxribatçını saxladığını bildirir


Şübhəlilərin hansı nüvə stansiyasını hədəf aldığı açıqlanmayıb

İran rəsmiləri deyir ki, nüvə stansiyasına qarşı təxribatçılığa cəhd edən 4 nəfər saxlanıb.

İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehinin İran mediasına verdiyi məlumata görə, rəsmilər şübhəliləri bir müddət izləyib və onlar stansiyaya ziyan vurmamışdan əvvəl onları zərərsizləşdirib. Hazırda şübhəlilər sorğu-sual edilir.

Cənab Salehi şübhəlilərin hədəf aldığı stansiyanın adını açıqlamayıb. Şübhəlilərin nə qədər müddətdir saxlandığı bəlli deyil.

İsrail İranın nüvə işlərini hərbi təhdid hesab edərək bildirir ki, Tehran nüvə fəaliyyətlərinə son qoymasa İsrail İranın nüvə stansiyalarına qarşı hücum həyata keçirəcək.

İran nüvə proqramının dinc mahiyyət daşıdığına təkid edir. Birləşmiş Ştatlar və onun bəzi müttəfiqləri bununla razılaşmayaraq İran iqtisadiyyatına ciddi ziyan vuran sanksiyaların tətbiqinə kömək edib.
XS
SM
MD
LG