Accessibility links

Obama İranın amerikalı məhbusları azad etməsini alqışlayıb [Video]


Obama İranın amerikalı məhbusları azad etməsini alqışlayıb
please wait

No media source currently available

0:00 0:02:21 0:00

Bazar günü yayımlanan bəyanatda prezident Barak Obama İranın Amerikalı əsirləri azad etdiyi üçün məmnuniyyətini bildirdiyi deyilir. O, keçən il əldə olunan nüvə proqramı razılaşması da daxil olmaqla, Tehranla diplomatik əlaqələri dəstəklədiyini bildirib.

Prezident Birləşmiş Ştatların İranın ballistik nüvə raketlərinə qoyuduğu yeni qadağalardan sonra Ağ Evdə çıxış edib.

Barak Obama: “Möhtəşəm gündür. İran tərəfindən qeyri-qanuni saxlanılan bir neçə amerikalı axır ki, evlərinə qayıdır.”

Prezident Obama Tehranla həyata keçirilən nüvə proqramı razılaşması da daxil olmaqla bir neçə sahədə əldə olunan irəliləyişi alqışlayıb.

Barak Obama: “Razılaşmadan əvvəl İran 10 nüvə bombası üçün yetəcək uranın zənginləşdirilməsini davamlı olaraq artırırdı. Bu gün həmin ehtiyatın 98 faizi İrandan çıxarılıb. Bu o deməkdir ki, İranın bu gün bir bombanı düzəltməyə belə kifayət qədər materialı yoxdur. Biz bu tarixi irəliləyişə Yaxın Şərqdə növbəti müharibənin başlamasıyla deyil, diplomatik danışıqlar sayəsində nail olduq.”

Lakin bunu hamı alqışlamır. Nümayəndələr Palatasının spikeri respublikaçı Pol Rayan iqtisadi sanksiyaların qaldırılmasını Tehranın bu pulları terrorizmi dəstəkləməyə sərf edəcəyi kimi gördüyünü deyir. Rayan sanksiyaların İranın qeyri-qanuni həyata keçirdiyi ballistik raket sınağından bir neçə həftə sonra qaldırıldığını əlavə edib.

Benyamin Netanyahu: “Aydındır ki, bu gündən etibarən İranın regionda və dünyada terror hadisələri törətməyə daha çox imkanı olacaq və İsrail bu təhdidlərlə mübarizə aparmağa hazırlaşır.”

BMT baş verənlərə nikbin yanaşır.

Ban Ki-Mun: “Ümid edirəm ki, tərəflər bu razılaşmanı yaxşı niyyətlə həyata keçirəcəklər. İndi əməkdaşlığı digər problemlərə dair danışıqlar aparmaqla gücləndirmək vaxtıdır.”

İran prezidenti Həsən Ruhani bildirib ki, nüvə razılaşmasında uduzan tərəf yoxdur və sadəcə bəziləri İranın tarixində baş verən bu “qızıl səhfədən” narazıdırlar.

Prezident Barak Obama İrana qarşı əsas sanksiyaların dəyişməyərək qaldığını vurğulayıb və yeni cərimələrin tətbiq olunacağını deyib.

Barak Obama: “İranın bu yaxınlarda keçirdiyi raket sınağı beynəlxalq öhdəlikləri pozub və nəticə olaraq Birləşmiş Ştatlar ballistik raket proqramını təkmilləşdirmək istəyən həmin şəxs və şirkətlərə sanksiyalar tətbiq edəcək.”

Obama gələcəkdə bu kimi hadisələrə daha çox diqqət edəcəklərinə söz verib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG