Accessibility links

Respublikaçı senatorlar İrana xəbərdarlıq məktubu göndərib


ABŞ prezidenti Barak Obama 47 respublikaçı senatoru İrana nüvə proqramına dair əldə olunacaq razılığın cənab Obamanın ofisi 2017-ci ildə tərk edənədək davam edəcəyi barədə xəbərdarlığa görə tənqid edib.

Tehrana ünvanlanan məktubda respublikaçı senatorlar bildirib ki, Birləşmiş Ştatlar və digər beş dövlət arasında Konqres tərəfindən təsdiq edilməsə o, cənab Obama və İranın Ali dini rəhbəri Ayatullah Əli Xamenei arasında sadəcə müqavilə statusu daşıyacaq.

İranın xarici işlər naziri Cavad Zərif də respublikaçıların göndərdiyi məktubu tənqid edərək, bunun heç bir hüquqi əsası olmadığını və təbliğat mahiyyəti daşıdığını deyib.

Ağ Ev sözçüsü Coş Earnest jurnalistlərə bildirib ki, məktub Birləşmiş Ştatlar və beş digər ölkənin İranla mart ayının 31-nə qədər əldə etməyə çalışdığı həssas razılaşmanın qarşısını almaq məqsədi güdür.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG