Accessibility links

ABŞ-Iran vətəndaşı biznesmen iki həftə əvvəl qohumlarını Tehranda ziyarət edərkən həbs edib.

Siyamak Namazi Dubayda yerləşən Crescent Petroleum şirkətinin strateji planlaşdırma şöbəsinin rəhbəridir.

Wall Street Journal qəzetinin yazdığına görə, Namazi ali ruhani rəhbər Əli Xameneyiyə birbaşa bağlı olan İnqilab Keşikçiləri qvardiyası tərəfindən həbs edilib.

Namazinin həbsi İranın nüvə razılaşmasının oktyabrın 18-də qüvvəyə minməsindən bir gün sonraya təsadüf edir.

Həbsi hələlik ABŞ Dövlət Departamenti təsdiq etməsə də, departament ABŞ vətəndaşlarının İranda saxlanılması məsələsini cümə axşamı günü dövlət katibi Con Kerri və İranın xarici işlər naziri Cavad Zərifin müzakirə etdiyini deyib.

XS
SM
MD
LG