Accessibility links

ABŞ rəsmiləri bildirib ki, ABŞ dəniz donanmasının 10 əsgəri İran sularına daxil olarkən İran tərəfindən saxlanıldıqdan bir gün sonra azadlığa buraxılıb.

Pentaqonun açıqladığı bəyanatda deyilir ki, doqquz kişi və bir qadın hərbçi saxlandıqları müddətdə hər hansı bir zorakılığa məruz qalmayıb.

Dəniz donanmasının əsgərləri Küveytlə Bəhreyn arasında İran Körfəz sularında iki qayıqda olduqları zamanı ABŞ nəzarətçiləri onlarla əlaqəni itirib.

ABŞ rəsmiləri bildirib ki, onlar Fars adasında həbs edilib. Pentaqonun bildirdiyinə görə dəniz donanmasının 10 əsgəri vertolyotla sahilə aparılmazdan əvvəl eyni qayıqlarda adanı tərk edib.

İranın İnqilabi Qvardiyası bildirib ki, ABŞ İranın ərazi bütövlüyünü pozduğuna görə üzr istədikdən və bunun bir daha baş verməyəcəyinə əmin etdikdən sonra hərbiçilər azadlığa buraxılıb.

Farsi adası İranın İnqilabi Qvardiyasının dəniz donanma bazasıdır.

Bu insident ABŞ rəsmilərinin İranı Hörmüz Boğazından keçən Amerika gəmilərinin yaxınlığında təxribat xarakterli raket sınaqları həyata keçirdiyinə görə tənqid etməsindən təxminən bir ay sonraya təsadüf edib.

Barak Obama özünün illik hesabat məruzəsində məsələyə münasibət bildirməyib.

XS
SM
MD
LG