Accessibility links

ABŞ İslam Dövlətinə qarşı İranla əməkdaşlıq edə bilərmi? [Təhlil]


Eyni düşmənə qarşı mübarizə aparan Tehran və Vaşinqton bu məsələdə ortaq marağa malikdir

Təhlilçilərin sözlərinə görə, bu həftənin əvvəli İran və dünya qüdrətləri arasında əldə olunan razılıq İslam Dövləti ekstremistlərinə qarşı mübarizədə Vaşinqton və Tehranın əməkdaşlığına yol açacaq.

ABŞ ordusunun İraqda həyata keçirəcəyi hər bir əməliyyat İraq ordusunun başçılığı altında baş verəcək
Barak Obama

Prezident Obama çərşənbə günü müxbirlərə bildirib ki, o, Suriya və İraqda İslam Dövlətinə qarşı mübarizədə İranla heç bir rəsmi əməkdaşlığın olacağını ehtimal etmir. Ancaq prezident onu da bildirib ki, İran hərbi müşavirləri və Tehrana bağlı şiə yarı-hərbi qüvvələri İraq ordusunun başçılığı altında kordinasiya oluna bilər.

“ABŞ ordusunun İraqda həyata keçirəcəyi hər bir əməliyyat İraq ordusunun başçılığı altında baş verəcək,” deyə Obama bildirib.

Demokratiyaların Müdafiə Fondunun təhlilçisi Conatan Şanzer iddia edir ki, cənab Obamanın bu sözləri İranla daha açıq, lakin qeyri-rəsmi əməkdaşlığa işarə edir.

“İslam Dövlətinə qarşı mübarizədə İranla qeyri-rəsmi əməkdaşlıq razılıqdan öncə Obamanın siyasətinin bir hissəsi olub. Bununla bağlı rəsmi razılıq olmasa da, bu, Obamanın xarici siyasətinin bir hissəsi olaraq qalacaq. İranla əldə olunan yeni saziş isə bunu daha da gücləndirəcək”.

Lakin Şanzer əlavə edir: “Prezident anlamır ki, İran bu mübazirəyə nə dərəcədə qarışsa, İslam Dövləti bir o qədər Suriya və İraqda gedən müharibələri məzhəblərarası müharibə kimi görən sünni ekstremistləri cəlb edə biləcək.”

İran və Suriyada ortaq düşmənə qarşı mübarizə aparan Tehran və Vaşinqton bu məsələdə qeyri-adi ortaq marağa malikdirlər. İraq ordusunun rəsmisi Amerikanın Səsinə bildirib ki, havada toqquşmaların qarşısını almaq üçün İraq rəsmiləri amerikalılar və iranlılar arasında vasitəçilik edərək hər iki tərəfə qarşıdan gələn hava hücumları barədə xəbərdarlıq ediblər.

Lakin mart ayında İrana bağlı şiə yarı-hərbi dəstələr İraqın Tikrit şəhərini ələ keçirməyə çalışanda yanlış yönləndirilən ABŞ hava hücumlarına tuş gəldiklərini iddia etdikdən sonra bu əməkdaşlıq da başa çatıb. Rəsmi Tehran iki məsləhətçisinin həlak olduğunu deyib. Pentaqon isə bu itithamları rədd edib.

Hətta əməkdaşlıq üçüncü vasitəçi tərəfindən olsa belə, tərəflər hər hansı bir əməkdaşlıq ehtimalını istisna edirlər.

ABŞ rəsmiləri açıq şəkildə narahatlıqlarını ifadə edərək deyirlər ki, İranın İraqdakı hərbi rolu ölkədə məzhəbçiliyi, eləcə də qeyri-sabitliyi artıra bilər.

İran bu mübazirəyə nə dərəcədə qarışsa, İslam Dövləti bir o qədər Suriya və İraqda gedən müharibələri məzhəblər arası müharibə kimi görən sünni ekstremistləri cəlb edə biləcək

ABŞ və İran İraqda parallel, zaman-zaman isə bir-birini tamamlayan əməliyyatlar aparıblar. Vaşinqton əsasən İslam Dövlətinə qarşı hava hücumları həyata keçirib, eyni zamanda İraq ordusuna təlimlər keçib və kürd peşmərgə qüvvələrinə dəstək verib.

Tehran isə şiə yarı-hərbi dəstələri dəstəkləyib. İraq ordusunun çökməsi ilə birlikdə şiə yarı-hərbi dəstələri ölkənin əsas döyüş qüvvəsinə çevrilib.

Lakin bəzi məqamlarda onların birlikdə hərəkət etdiyi də görünür. ABŞ əsgərləri və şiə yarı-hərbi dəstələri İraqın Ənbər vilayətində yerləşən Təqəddüm hərbi bazasından istifadə ediblər. Lakin bu, ABŞ qanunvericilərinin tənqidinə səbəb olub. Onlar iddia edir ki, ABŞ ordusu İraqa daxil olduğu zaman İranın dəstəklədiyi şiə yarı-hərbi qruplar ABŞ əgərlərini öldürüblər.

Şiə yarı-hərbi dəstələr də Amerikanın İraqdakı rolundan narazıdırlar. Mart ayında bəzi yarı-hərbi dəstə liderləri amerikalılara etiraz olaraq öz əsgərlərini Tikritdəki ön cəbhədən geri çəkiblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG