Accessibility links

İranın 4 gəmisi Hörmüz körfəzində ABŞ hərbi gəmisinə yaxınlaşıb


ABŞ Hərbi Dəniz Donanması bildirir ki, İranın İnqiliab Keşikçiləri Qvardiyasına aid gəmilər çərşənbə axşamı beynəlxalq sularda “təhlükəli və qeyri-peşəkar bir şəkildə” sürətlə ABŞ-ın idarə etdiyi raket dağıdıcısına yaxınlaşıb.

USS Nitze İran gəmilərinə xəbərdarlıq siqnalı verib və bundan sonra 10 xəbərdarlıq atəşi açıb, lakin heç bir cavab almayıb.

Dörd gəmi Nitzedən 275 kilometrlik bir məsafəyə yaxınlaşıb və neft buruqlarının təhlükəli dərəcədə yaxın olmasına baxmayaraq toqquşmamaq üçün Nitzenin istiqamətini dəyişməsinə səbəb olub

Bu insident çərşənbə axşamı strateji əhəmiyyəti olan Hörmüz körfəzində baş verib.

ABŞ Hərbi Dəniz Donanması İranı döyüş gəmisini narahat etməkdə və beynəlxalq qanunu pozmaqda günahlandırır.

ABŞ-ın Hərbi Dəniz Donanmasının sözçüsü deyib ki, bu cür əməllər gərginliyin artmasına səbəb ola bilər ki, bu da öz növbəsində “əlavə müdafiə tədbirlərinin görülməsini” zəruri edə bilər.

İran tərəfindən heç bir şərh verilməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG