Accessibility links

Mahmud Əhmədinejad: Neft embarqosuna tab gətirmək üçün kifayət qədər vəsaitimiz var

  • Amerikanın səsi

Tehranın nüvə proqramı ilə bağlı dünya qüdrətləri ilə danışıqlara bir neçə gün qalmış prezident Mahmud Əhmədinejad bildirib ki, İrana qarşı embarqo qoyularsa, ölkənin valyuta və qızıl ehtiyatları ona 2-3 il kifayət edə bilər.

İranın Fars xəbər agentliyinin bildirdiyinə görə, bu gün Hörmüz vilayətində çıxışı zamanı cənab Əhmədinejad İranın neftini satmayacağı təqdirdə belə, ölkəni 2-3 il rahatlıqla idarə etmək imkanı olduğunu deyib.

Cənab Əhmədinejad əlavə edib ki, İrana hücum edən qüvvənin ağzından elə vurulacaq ki, o, özünü itirəcək.

Avropa İttifaqı Tehranı uran zənginləşdirməsini dayandırmağa məcbur etmək məqsədi ilə Birləşmiş Ştatların atdığı addımların ardınca iyul ayından bəri İranın neft satışına embarqo qoymağı qərara alıb.

XS
SM
MD
LG