Accessibility links


İnsan haqları qrupları Kərəcin Rəcayi-şəhr zindanında saxlanılan azərbaycanlı əmək fəalı Şahrux Zamani və əhvazlı siyasi fəal Xalid Hərdaninin may ayının 18-dən aclıq aksiyasına başladıqlarını bildirib.

İnsan haqlarına dair informasiya sahəsində fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata görə bu iki siyasi məhbus Əhvaz Bələdiyyəsinin yeddi ərəb ailəsinin evinin buldezerlə dağıdılmasına etiraz olaraq aclıq elan ediblər.

Məlumata istinadən ərəb ailələrinin ehtiyacları olan əşyaları evlərindən almağa fursəti olmayıb.

Şahrux Zamani və Xalid Hərdani əhvazlı ailələrin üzləşdiyi zülmə etiraz etmək, habelə İran cəmiyyəti, habelə beynəlxaql ictimaiyyəti və qurumları o ailələri dəstək verməyə çağırmaq üçün aclıq aksiyasına başladıqlarını qeyd ediblər.

Beynəlxalq insan haqları qruplarının bəyanatlarına görə, İranın ixrac etdiyi neftin böyük hissəsi ölkənin ərəb bölgələrindən gəlir. Ancaq iqtisadı, siyasi və mədəni baxımdan ayrı-seçkiliyə məruz qalan ərəblər İranda etnik azlıqlar arasında ən yoxsul vəziyyətdə yaşayır.
XS
SM
MD
LG