Accessibility links

İran 114 Airbus təyyarəsinin alışını yekunlaşdırır


İran rəsmilərinin bildirdiyinə görə, ölkənin əsas hava yolları şirkəti prezident Həsən Ruhaninin Fransaya gələn həftə baş tutacaq səfəri zamanı 114 Airbus təyyarəsinin alınmasına dair sazişi yekunlaşdıracaq.

İran mediası nəqliyyat naziri Abbas Axundiyə istinadən bildirib ki, İran Air və Airbus saziş imzalayacaqlar. Axundi təyyarələrin qiymətləri də daxil olmaqla spesifik şərtlər barədə detallı danışmayıb.

Ödəniş milyardlarla dollar olacaq ancaq İranın sərnişin təyyarələrini yeniləməyə həddən artıq ehtiyacı var idi. Sanksiyalar hətta əvvəlki təyyarələrin təmiri də müşkülə çevirmişdi. Ölkənin nüvə proqramına dair beynəlxalq razılıq bir neçə gün əvvəl qüvvəyə minib.

Ruhani Fransaya noyabr ayında səfər etməli olsa da, Parisdə həyata keçirilmiş terror hücumu səbəbilə səfər təxirə salınmışdı. O deyib ki, səfəri zamanı Airbus-la saziş imzalanacağı gözlənilir.

Ruhani son 17 ildə Fransaya səfər edən ilk İran prezidenti olacaq.

XS
SM
MD
LG