Accessibility links

Amerikalılar səyahət planlaşdırdıqda İran onların ağlına gələn ölkələr arasında yer almır. Hətta İslam İnqilabından sonra 1979-cu ildə ABŞ-ın Tehrandakı səfirliyinə qarşı hücumdan on illərlə vaxt keçməsinə baxmayaraq. “Amerikaya ölüm” sərtxətt tərəfdarlarının hələ də səsləndirdiyi şüardır.

İsfahan

İsfahan

​Gözəl dağlar, tarixi tikililər və misilsiz incəsənət əsərlərinə baxmayaraq, İran Dövlət Departamentinin səyahət edilməməsi ilə bağlı xəbərdarlıq siyahısındadır.

Lakin Amerikanın bir turizm şirkəti risk almaq istəyənlər üçün İrana səyahət təklif edir. Şirkət o ölkə ilə əldə edilən nüvə razılığından sonra İrana Qərbin gözü ilə baxış təşkil edir.

“Biz düşünürük ki, İran dünyanın görməli yerlərindən biridir”- deyə İllinozdə yerləşən Americas and Middle East for the Downers Grove şirkətinin meneceri Stefani Şmudd bildirib.

BMT İranda 21 yeri ümümdünya mədəniyyət mirasları siyahısına salıb. Bunlara Persopolis viranəliyi, İsfahanın İmam meydanı və məscidi daxildir.

12 günlük səyəhət 5600 dollara təklif edilir.

İranı hər il 5 milyon turist ziyarət edir. Onların əksəriyyəti İraq və digər qonşu ölkələrdən gəlir.

Avropalılar belə İrana səfər edir. Lakin turistlər arasında amerikalılar yalnız 1 faiz təşkil edir. Bir çoxları Yaxın Şərqdəki münaqişələr və Amerika əleyhinə əhval-ruhiyyədən ehtiyat edir. İran hökuməti özü də amerikalılara viza verilməsi prosesini çətinləşdirib.

İrandan yenicə qayıdan Şmudd o ölkəni Kuba ilə müqayisə edib.

“Dünyada Amerikanın təsiri olmayan yerlər var. İran bu yerlərdən biridir. Sanki başqa bir dünyaya qədəm qoyursan” -deyə o bildirib.

ABŞ Dövlət Departamenti isə tam fərqli perspektivdən çıxış edir

“İran rəsmiləri ABŞ vətəndaşlarını həbs etməkdə davam edir. Xüsusilə də iranlı amerikalıları. Onlar arasında tələbələr, jurnalistlər, biznes adamları, ziyalılar var. Bu insanlar casusluq və milli təhlükəsizliyə hədə ittihamları ilə azadlıqdan məhrum edilir. ABŞ vətəndaşları səyahət edərkən riski nəzərə almalı, səfərlərini təxirə salmalıdırlar“- deyə Dövlət Departamentinin xəbərdarlığında bildirilir.

İranla ABŞ arasında diplomatik əlaqələr mövcud deyil.

Show comments

XS
SM
MD
LG