Accessibility links


İran prezidenti Mahmud Əhmədinejad Tehranın təzyiqlər altında mübahisəli nüvə proqramı ətrafında danışıqlara getməyəcəyini deyib.

Bazar günü 1979-cu ildə baş vermiş İslam İnqilabının 34-cü ildönümü münasibətilə nitq söyləyən Mahmud Əhmədinejad deyib ki, İran danışıqlara rəqiblər tərəfindən təzyiqlərə məruz qalmadığı təqdirdə başlaya bilər. İran prezidentinin çıxışı dövlət televiziyası vasitəsilə yayımlanıb.

Prezident Əhmədinejadin nüvə proqramı ətrafında danışıqlara təsir göstərmək səlahiyyətlərinə malik deyil. Bu səlahiyyətləri daşıyan İranın ali dini rəhbəri Ayətullah Xameneyi bu ayın əvvəli ABŞ-ın birbaşa danışıqlar təklifini sanksiyalar və başqa təzyiqlər qaldığı halda rədd etdiyini demişdi.
XS
SM
MD
LG