Accessibility links

İranın ağır su reaktorunun təftişinə icazə verilib


Beynəlxalq Atom Enerjisi Agentliyinə İranın ağır su reaktorunun təftişinə icazə verilib.

Təftiş bu gün Arak obyektində baş tutub.

Bu, son iki il ərzində Tehranın yol verdiyi ilk təftiş olub. İcazə İranın BMT-nin Təhlüksəzilik Şurasının 5 daimi üzvü və Almaniya ilə əldə edilən razılıqdan sonra verilir.

Bu gün İran parlamenti qarşısında çıxış edən prezident Həsən Ruhani razılığın iqtisadiyyata müsbət təsirinin artıq müşahidə edildiyini deyib.

Razılıq nüvə fəaliyyətlərinin məhdudlaşdırılması müqabilində İrana qarşı sanksiyaların bəzilərinin yüngülləçdirilməsini nəzərdə tutur. Bu şərtlərə İranın 5 faiz uran zənginləşdirilməsi fəaliyyətinin davam etdirməsi də daxildir.
XS
SM
MD
LG