Accessibility links

Ermənistanın baş naziri İrana səfər edir

  • Amerikanın səsi

Ermənistanın baş naziri İrana səfər edir

Ermənistanın baş naziri İrana səfər edir

Ermənistanın baş naziri Tiqran Sarkisyan iki ölkə arasında ticarət əlaqələrinin gücləndirilməsi məqsədilə İrana rəsmi səfər edir. Tiqran Sarkisyan Tehrana Ermənistanın iş adamları ilə nümayəndə heyətinin tərkibində gəlib. Baş naziri Tehranda İranın vitse prezidenti Məhəmməd Reza Rahimi qarşılayıb. Ermənistanın baş nazirinin iki günlük səfəri zamanı onun prezidenti Mahmud Əhmədinejad və İranın digər rəsmilərilə görüşləri planlaşdırılıb. İki ölkə liderinin ticarətə dair müqaviləyə imza atacağı gözlənilir. Səfər Ermənistanın enerji və təbii ehtiyatlar nazirinin müavini Ara Simonyanın İran və Ermənistanın gələn il yeni neft kəmərinin inşasına başlayacağını bildirməsindən sonra edilir. Təbrizdən Aragatsa çəkiləcək neft kəmərinin 110 kilometri İran ərazisi, 265 kilometri isə Ermənistan ərazisindən keçəcək. İran islam respublikasına səfərinin ikinci günü Tiqran Sarkisyanın Tehranda İran və Ermənistan sahibkarlarının iştirak etdiyi konfransa qatılacağı gözlənilir.

XS
SM
MD
LG