Accessibility links

İran və dünyanın altı qüdrətli dövləti Vyanada görüşür


İran və dünyanın altı qüdrətli dövlətinin nümayəndələri Vyanada İranın nüvə proqramına dair danışıqları ikinci gündür davam etdirir.

Tərəflər noyabrda əldə edilmiş altı aylıq sazişinin üzərində işləməyə çalışır. Sazışə əsasən sanksiyaların nisbətən yüngülləşdirilməsi müqabilində İran ən həssas nüvə fəaliyyətini məhdudlaşdırmalıdır.

İran nümayəndəsi sazişə əsasən ölkəsinin nüvə obyektlərinin heç birini ləğv etməyəcəyini bildirib.

İran nümayəndələri ilə görüşən ABŞ, Britaniya, Çin, Fransa, Rusiya və Almaniya nümayəndə heyəti Tehranın nüvə silahı istehsal etməyəcəyinə təminat istəyir. Bunun əvəzində İran iqtisadiyyatına yönəldilən bütün sanksiyaların ləğv edilməsini tələb edir.
XS
SM
MD
LG