Accessibility links

İran Azərbaycanında zəlzələnin vurduğu ziyan müəyyən edilir

  • Insafəli Hidayət

Zəlzələdən 11 gün sonra onun Təbriz şəhəri və kəndlərinə vurduğu ziyan müəyyən edilir.
İranın Fars xəbər agentliyi Təbriz valisinə istinadən şəhərin 20 kəndində 1000 evin dagıldığını və üç adamın yaralandığını bildirib.

Şərqi Azərbaycan əyalətinin paytaxtı Təbrizin valisi Mahmud Çəməni deyib ki, 20 kənd sakinlərinin davamlı yaşayış yerlərinə ehtiyacı var.

O, əlavə edib ki, zəlzələ 737 evin tamamilə dağılmasına səbəb olub. Çəməninin verdiyi məlumata görə,

Təbriz ətrafında 1340 ev qismən dağılıb. Amerikanın səsinin müxbiri Təbriz sakinləri ilə söhbəti zamanı bəzi evlərin dağılma təhlükəsi altında olduğunu müəyyən edib.

Təbrizin valisi şəhərə dəyən ziyanın məbləğinin tezliklə müəyyən ediləcəyini bildirib.
XS
SM
MD
LG