Accessibility links

İranın prezident seçkilərinin əsas namizədlərindən olan Tehran bələdiyyə başqanı və İranın keçmiş polis komandiri Məmməd Bağır Qalibaf Təbriz səfəri əsnasında xəbər agentlikləri ilə müsahibədə Azərbaycan vilayətlərinin siyasi səbəblər üzündən ayrı-seçkilik və ədalətsizliyə məruz qaldığı və İranın digər vilayətləri, hətta Azərbaycan qədər istedad və qabiliyyəti olmayan vilayətlərdən belə geridə saxlandığını qeyd edib.

“Niyə tarixin müxtəlif dövrlərində İran üçün heç bir fədakarlığı əsirgəməyən Azərbaycan bu gün ədalətsizlik və ayrı-seçkiliyə məruz qalır və Azərbaycandan daha gec inkişafa başlayan, Azərbaycan qədər qabiliyyət və istedadı olmayan vilayətlərdən belə geridə saxlanılıb?”-deyə erkən seçki kampaniyalarını başladan siyasətçi Fars xəbər agentliyi ilə müsahibədə söyləyib.

Təbrizin birincilər şəhəri olduğunu vurğulayan cənab Qalibaf “ilk modern məktəb, ilk mətbəə, ilk teatr və ilk jurnalı İrana gətirən Azərbaycan bu gün ədalətsizlik və ayrı-seçkiliyə məruz qalmağın birincisi olub,”-deyə əlavə edib.

“İran siyasətçiləri seçkilər ərəfəsində Azərbaycanın ədalətsizlik və ayrı-seçkiliyə məruz qalmasına etiraf edib və bu vəziyyəti dəyişməyə dair vədlər verməklə Azərbaycan türklərinin dəstəyini qazanmaq istəyirlər,”-deyə Azərbaycan veb səhifələri Tehran Bələdiyyə Başqanının sözlərinə münasibət bildirib.

Show comments

XS
SM
MD
LG