Accessibility links

İranın Azərbaycandakı səfiri qayıdıb


Mehemmedbagir Behrami
Mehemmedbagir Behrami

İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami iyunun 22-də Bakıya qayıdıb. Bu barədə Turan-a İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Abbas İsgəndəri bildirib.

Səfir M.Bəhrami mayın 21-də məsləhətləşmələr üçün Tehrana çağırılmışdı. İran tərəfi səfirin Tehrana çağırılmasının dini müqəddəslərin təhqir olunması ilə bağlı olduğunu bildirmişdi.

Xatırladaq ki, Bakıda may ayında keçirilən “Eurovision” mahnı müsabiqəsi öncəsi Azərbaycana qarşı İranda etiraz aksiyaları keçirilib. Bunun qarşılığında isə İranın Azərbaycandakı və digər Avropa ölkələrindəki səfirliklərinin önündə azərbaycanlılar etiraz aksiyaları keçiriblər.
XS
SM
MD
LG