Accessibility links

Azərbaycan və İranın birgə istehsalı olan Tərsinə çevrilən dünya filminə Azərbaycan Respublikasında nümayiş etdirildikdən bir neçə il sonra İranda da ekrana çıxmaq icazəsi verilib.

Rejissoru Ənvər Əbluc olan filmdə iranlı və azəbaycanlı tanınmış aktyorlar, o cümlədən Məhəmmədrza Forutən və Rasim Balayev rol alıb.

Azərbaycan və İranın ilk birgə kino layihəsi olan filmin bu yaxınlarda İranda böyük ekranlara çıxacağı bildirilib.

Filmdə Azərbaycan və İran polislərinin bölgədə narkotik qaçaqmalçılığına qarşı birgə mübarizəsi əks edilir.

Tərsinə çevrilən dünya filminin iranlı prodüseri Sədra Əbdullahinin növbəti filmi isə Türkiyə və İranın birgə istehsalı olacaq. Bu haqda rejissor Rza Siyami Amerikanın Səsinə məlumat verib.

Hekayəsi bölgədə cərəyan edən daxili müharibələrlə bağlı olan yeni filmin rejissoru Rza Siyamidir və film ərəb, türk və iranlı aktyorların iştirakı ilə çəkiləcək.

XS
SM
MD
LG