Accessibility links

Urmiyə, Zəncan və Ərdəbildə fəhlələr və işçilərin mitinqləri keçirilib


Keçən bir neçə gündə İran Azərbaycanının müxtəlif şəhərləri, o cümlədən Urmiyə, Zəncan və Ərdəbildə işdən çıxarılan, həmçinin gecikmiş maaşlarını və sığorta haqlarını tələb edən yüzlərlə işçi etiraz mitinqi təşkil edib.

Bu haqda yerli qəzetlər, xəbər agentlikləri və internet portalları məlumat yayıb.

Borna News internet portalının məlumatına görə, Saminul-höcəc adlı maliyyə və kredit şirkətinin Qərbi Azərbaycan vilayəti şöbələrinin işdən çıxardığı 78 əməkdaşı üç gün öncə Urmiyə şəhərində valilik binası önündə piket keçiriblər.


İLNA və İSNA xəbər agentlikləri isə Zəncan şəhərində bitki yağları istehsal edən Cahan şirkətinin işdən çıxardığı 200 işçinin yanvarın 30-da təşkil etdiyi etiraz mitinqi haqqında məlumat yayıblar.

İLNA-ya istinadən, Zəncan valiliyi önündə toplanan işçilərin bir çoxu 11 aylıq maaşlarını ala bilməyiblər.

Ərdəbil dəmir əritmə zavodunun fəhlələri də yanvarın 30-da valilik binası yaxınlığında mitinq təşkil ediblər. Mehr agentliyinə istinadən, Ərdəbilli fəhlələr 14 aylıq maaşlarını tələb edirlər.

XS
SM
MD
LG