Accessibility links

İran Azərbaycan otuzuncu Beynəlxalq Velosiped Turu başa çatıb


İran Azərbaycanı otuzuncu Beynəlxalq Velosiped Turu başa çatıb. Fars xəbər agentiliyinin məlumatına görə, Beynəlxalq Velosiped Turu Təbriz Neft-Kimya komandasının çempionluğu ilə bu gün başa çatıb. Pişqaman YazdTəbriz Bələdiyyə komandaları ikinci və üçüncü yerləri qazanıblar.

İran Azərbaycan otuzuncu Beynəlxalq Velosiped Turu
İran Azərbaycan otuzuncu Beynəlxalq Velosiped Turu

Təbriz Neft-Kimya komandası toplam 71 saat 41 dəqiqə və 9 saniyə göstərici ilə velosiped turunun qalibi olub.

Fərdi nəticələrdə Təbriz Neft-Kimya komandasının üzvü Səməd Pur Seydi birinci yerə çıxıb. Pişqaman Yazd komandasının üzvləri Rəhim İmami və Ramin Mehrəbani ikinci və üçüncü yerləri qazanıblar.

Altı mərhələdə keçirilən 970 km-lik yarışda 13 xarici və İranın beş komandası iştirak edib.

İran Azərbaycan otuzuncu Beynəlxalq Velosiped Turu
İran Azərbaycan otuzuncu Beynəlxalq Velosiped Turu

İran Azərbaycan otuzuncu Beynəlxalq Velosiped Turuna Avstraliya, Gürcüstan,
Monqolustan, Malayziya, Türkiyə, Laos, Suriya, Ermənistan, Qazaxıstan,Çin və Çex respublikasından komandalar və İranın Təbriz Neft-Kimya,Təbriz Bələdiyyə, Sepahan, Pişqaman Kavir Yazd komandaları iştrak ediblər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG