Accessibility links

Tehranın Azərbaycandakı ambisiyaları sınaqlarla üzləşir [Təhlil]


Tanınmış bir neçə İran ayətullaları dindar şiələrin çoxluq təşkil etdiyi Nardaranda baş verən qarşıdurmadan sonra Azərbaycanda, onların iddiasına görə "məzlum şiələrin" daha çox dəstəyə ehtiyacı olduğunu bəyan ediblər. Lakin təhlilçilər hesab edir ki, regiondakı mövcud durum Tehrana və onun məzhəbçi məramlarına problem törədir.

“İran 1991-ci ildə yenicə müstəqilliyini əldə edən Azərbaycanda geniş fəaliyyətlərə cəhd göstərdi.” deyə Kaliforniya Dövlət Universitetinin professor Norma Zager bildirir.

İran hər zaman Orta Asiya, əsasən də Azərbaycanda nüfuzunu artırmağa çalışıb. Amma onun bu cəhdləri heç bir nəticə verməyib, çünki başda Azərbaycan olmaqla o regiondakı ölkələrin əksəriyyəti Rusiya, Amerika və ya İsrailə yaxındır.
Meir Cavidanfar

Azərbaycan İranla təxminən 1100 kilometr uzunluğunda sərhəd bölüşür ki, buna təkcə quru sərhəd deyil, Xəzər Dənizi də daxildir. Sovet İttifaqının dağılması nəticəsində Azərbaycanın müstəqillik qazanmasından sonra İran ölkədə nüfuzunu genişləndirməyə çalışıb.

“İran hər zaman Orta Asiya, əsasən də Azərbaycanda nüfuzunu artırmağa çalışıb. Amma onun bu cəhdləri heç bir nəticə verməyib, çünki başda Azərbaycan olmaqla o regiondakı ölkələrin əksəriyyəti Rusiya, Amerika və ya İsrailə yaxındır,” deyə Tel-Əvivdə fəaliyyət göstərən müəllif və tədqiqatçı Meir Cavidanfar bildirir.

Tehranda sərt xətt təmayüllü strateqlər təklif edir ki, neft qiymətlərinin kəskin düşməsi nəticəsində Bakının üzləşdiyi maliyyə böhranınından istifadə edərək, İran Azərbaycandakı tərəfdarlarına dəstəyi gücləndirməklə oradakı maraqlar təqib edilməlidir.

Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruhani
Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruhani

Qərblə əldə etdiyi nüvə razılığı əsasında dondurulmuş vəsaitləri geri alan İran 1990-cı illərdəki ikinci neft bumundan öncəki kimi yenidən öz nüfuzunu artırmağa çalışacaq.

“1994-cü ildən sonra Xomeyni İmdad Cəmiyyəti fəaliyyəti dövründə 43 milyon dollarlıq Azərbaycanda xeyriyyə işləri görüb və 25 min nəfərdək həmin cəmiyyətin üzvü var idi,” deyə Bakıda fəaliyyət göstərən təhlilçi Sədrəddin Soltan bildirir.

O zamandan bəri Azərbaycanda vəziyyət dəyişib.

“Petrodolların ölkəyə axması nəticəsində iqtisadi vəziyyət də yaxşılaşdığı üçün, bu təşkilat da daxil olmaqla, bir sıra xeyriyyə təşkilatları qadağan olundu və Xomeyni İmdad Cəmiyyətinin fəaliyyəti təhlükəsizlik pozuntuları səbəbilə dayandırıldı,” deyə Sədrəddin Soltan bildirir.

Petrodolların ölkəyə axması nəticəsində iqtisadi vəziyyət də yaxşılaşdığı üçün, bu təşkilat da daxil olmaqla, bir sıra xeyriyyə təşkilatları qadağan olundu və Xomeyni İmdad Cəmiyyətinin fəaliyyəti təhlükəsizlik pozuntuları səbəbilə dayandırıldı.
Sədrəddin Soltan

Tehran və Moskva arasında münasibətlərin yaxşılaşdığına dair spekulyasiyalara baxmayaraq, təhlilçilər inanır ki, Rusiya regionda İranın nüfuzun artırmağına icazə verməyəcək.

“İran və Rusiya bir-birinə hörmət edir, amma daha da çox bir-birindən şübhələnir. Rusiya heç bir zaman İranın Mərkəzi Asiyada nüfuzun artırmasını müsbət qarşılamayıb və bu regionun özünə məxsus olduğunu düşündüyü üçün də belə bir şeyi heç bir zaman qəbul etməyəcək,” deyə Cavidanfar bildirir.

Lakin İran liderlərinin azərbaycanlı müsəlmanları böyük şiə toplumuna daxil etməsinə mane olan təkcə Rusiya deyil. Əksər azərbaycanlıların müsəlman olmasına baxmyaraq, öncə Rusiya İmperiyası, daha sora isə Sovet İttifaqının buraxdığı irs nəticəsində azərbaycanıların böyük əksəriyyətini daha sekulyardır və dinin siyasiləşirilməsini rədd edir.

Pew Araşdırma Mərkəzinin 2013-cü ildə apardığı araşdırma göstərir ki, Azərbaycanda məscidləri ziyarət edənlərin sayı çox azdır və azərbaycanlıların sadəcə 8 faizi şəriənin müsəlman ölklərini idarə edən qanuna çevrilməsini dəstəkləyir.

İranla böyük qüdrətlər arasında nüvə anlaşması İslam Respublikasının dünyaya açılmasında mühüm rol oynayıb.
İranla böyük qüdrətlər arasında nüvə anlaşması İslam Respublikasının dünyaya açılmasında mühüm rol oynayıb.

Nüvə razılığının qüvvədən düşmək və İranın Qərblə əlaqələrinin yaxşılaşmamaq ehtimalı çox yüksək olduğu üçün İranın Azərbaycana dini baxımdan dominantlıq etmək şansı da çox aşağıdır.

“İranlılar çox gözəl anlayırlar ki, 2017-ci ilin yanvar ayında ABŞ-da hakimiyyətə yeni prezident gəldiyində, o, Amerikanın İranın məqsədləri barədə şübhələri yeniləyə bilər və beləliklə nüvə razılığı qüvvədən düşər,” deyə American Enterprise İnstitutundan Maykl Rubin bildirir.

Rəsmi Tehranın Nardaranda şiələrin təqib olunmasını tənqid etməkdən imtina etməsi İranın ehtiyatlı davrandığı göstərdi. Daxili təqiblərə baxmayaraq, rəsmi Tehran bu hadisəni “Azərbaycanın daxili məsələsi” kimi qiymətləndirdi.

“Prezident Həsən Ruhani milli təhlükəsizlik və xarici siyasət komandası ilə birgə radikal rəqibləri ilə müqayisədə xarici siyasət məsələlərinə daha praqmatik yanaşır. Bu cür yanaşma isə radikal elementlərin daxil olmadığı məsələlərdə daha yaxşı işləyir,” deyə Cons Hopkins Universitetindən Afşin Moləvi bildirir.

XS
SM
MD
LG