Accessibility links

İran Azərbaycanında Jurnalist Günüdür


İran Azərbaycanı Jurnalist Günü
İran Azərbaycanı Jurnalist Günü
İranın rəsmi təqvimində Jurnalist Günü olaraq qeyd edilən avqustun 8-i münasibəti ilə ölkənin müxtəlif şəhərlərində tədbirlər keçirilir. Ölkənin xəbər agentliklərinin yaydığı məlumata görə İran Azərbaycanında keçirilən tədbirləri adətən hökümət orqanları təşkil edir.

Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan və Həmədan vilayətlərində Jurnalist Günü ilə bağlı tədbirlər valiliklər, Mədəniyət və İrşad Nazirliyi, qubernatorluqlar və polis qurumları kimi orqanlar tərəfindən keçirilib.

Qərbi Azərbaycan vilayətinin polis rəisi Sərdar (General) Yəhya Şərəfi Urmiyədə keçirilən bir mərasimdə jurnalistlərə danışıb.

“Jurnalistlər hikmət və bilikləri ilə ictimai rəyi müəyyən edərək cəmiyyəti doğru yola istiqamətləndirməlidirlər... bizim jurnalistlər İslam məktəbindən dərs alıblar,” deyə polis rəisinin sözləri Fars xəbər agentliyində nəşr edilib.

Mehr xəbər agentliyində yayımlanan bir yazıda Həmədan vilayəti valisi Jurnalist Günü mərasimində etdiyi çıxış tənqid edilib. “Əli Məhəmməd Azad mərasimdə jurnalistlərin suallarına doğru-düzgün cavab verməkdən imtina edib. O, vilayətin önəmli məsələləri, o cümlədən su böhranı ilə bağlı keçirilən toplantılara jurnalistlərin buraxılmaması səbəbini də söyləməyib. Vali bu barədə qərarların vilayətin baş müdiri (valinin özü) tərəfindən verilməsini vurğulayıb,” deyə Mehr yazıb.

Beynəlxalq qurumların bəyanatlarına görə, qeyri-fars dillərdə nəşr edilən jurnallar İran İslam Respublikasının təzyiqlərinə məruz qalır və jurnalistlər təqib, mühakimə və həbs kimi basqılarla üzləşir.

Birləşmiş Millətlər Təşkilatının İqtisadi, Sosial və Mədəni Haqlar Komitəsi ötən may ayının 17-də İranla bağlı yaydığı hesabatda İran dövlətini qeyri-fars dillərdə yayılan nəşrlər və qəzetləri bağlanmamağa çağırıb.
XS
SM
MD
LG