Accessibility links

İran Azərbaycanında milli mədəni fəallara qarşı təqiblər davam edir. Son günlərdə milli fəal İbrahim Cəfərzadənin müəmmalı maşın qəzasında ölümü, onlarla adamın Cəfərzadənin dəfn mərasimində saxlanması, Xoy şəhər məhkəməsində 11 fəalın mühakimə edilməsi və ədəbi xadim Səid Muğanlının həbsi bölgədə geniş həyəcan dalğası doğurub. Haray proqramında Amerikanın Səsinin Kanadada qərargahlanan müxbiri İnsafəli Hidayət basqılar ətrafında cərəyan edən olaylar haqda ətraflı məlumat verir. İnsafəli bəy İran hökumətinin təqib metodları, Xoyda həbs olunanların kimliyi və fəaliyyəti, Xoy şəhərinin milli-mədəni mübarizədəki rolu, və Səid Muğanlının zindana salınmasının xronikası haqda danışır.
XS
SM
MD
LG