Accessibility links

İranda Bahai dini azlığının yeddi aparıcı üzvü 20 il həbs cəzasına məhkum ediliblər


İranda Bahai dini azlığının yeddi aparıcı üzvü 20 il həbs cəzasına məhkum ediliblər

İranda Bahai dini azlığının yeddi aparıcı üzvü 20 il həbs cəzasına məhkum ediliblər

İranın 300 000-lik Bahai icması ölkənin ən iri qeyri-müsəlman dini azlıqlarından biridir

İnsan hüquqları üzrə fəallar və dini liderlər deyirlər ki, İranda Bahai dini azlığının yeddi aparıcı üzvünü İsrailə casusluqda təqsirli bilərək 20 il həbs cəzasına məhkum ediblər. İran yeddi Bahai liderini 2008-ci ilin may ayında həbs edib. Onlar xarici ölkələrə casusluqdan tutmuş yer kürəsində korrupsiyanın yayılmasına və İsraillə əməkdaşlığa qədər bir sıra cinayətlərdə ittiham olunurlar. Bahainin nümayəndəsi bildirib ki, hökm dünən müttəhimin vəkilinə oxunmuşdur. İki qadın və beş kişi cinayəti inkar ediblər. İranın 300 000-lik Bahai icması ölkənin ən iri qeyri-müsəlman dini azlıqlarından biridir. Bahai etiqadı 19-cu əsrdə İranda yaranıb. Lakin İslam Respublikası onu din kimi tanımır və onun davamçılarını kafir hesab edir. ABŞ Dövlət Departamenti bu ilin əvvəlində açıqladığı hesabatda İran hökumətinin Bahai dinininə qarşı bu cür rəftarını tənqid edib.

XS
SM
MD
LG