Accessibility links

İran prezidenti Qərblə əldə edilən razılığın İranın nüvə haqlarını müdafiə etməklə yanaşı, ölkəni sanksiyalardan azad edəcəyini bildirib.

Televiziya ilə çıxışı zamanı Həsən Ruhani deyib ki, razılıq İranın öz ərazisində uran zənginləşdirilməsi və bunun dinc mahiyyət daşıdığının qəbul edildiyi deməkdir.

İranın dövlət başçısı nüvə proqramının region və dünyada heç bir dövlət əleyhinə yönəlmədiyini vurğulayıb. O, qarşı tərəfin vədlərinə əməl etdiyi təqdirdə, İranın da razılığın şərtlərini pozmayacağını bildirib.

İranlılar Tehranın nüvə proqramını məhdudlaşdırmasının qarşılığında ölkələrini beynəlxalq sanksiyalardan azad edəcək çərçivə razılaşmasının əldə olunmasını alqışlayır.

Cümə günü Tehrana dönən xarici işlər naziri Cavad Zərif bayram edən tərəfdarları tərəfindən qarşılanıb. Onların bəziləri “Yaşasın doktor Zərif, yaşasın Ruhani” sözlrəi yazılmış plakatlar qaldırıb.

Razılaşma elan olunandan sonra Tehranda bayram əhval-ruhiyyəsi başlanıb, yüzlərlə iranlı küçələrə axın edib, siqnallar verib və bayraqlar dalğalandırıb. Onlar İranın beynəlxalq təcridinin tezliklə başa çatacağına ümid edir.

Dünyanın altı qüdrətli dövləti və İran arasındakı razılıq İsveçrənin Lozanna şəhərində keçirilən 8 günlük danışıqlardan sonra əldə olunub. Son sazişin əldə olunması üçün isə son möhlət iyun ayının 31-ə təyin olunub.

ABŞ prezidenti Barak Obama Amerikanın İranla tarixi bir anlaşma əldə etdiyini deyib və bildirib ki, əgər razılaşmaya tam şəkildə əməl olunsa, dünya daha təhlükəsiz bir yer olacaq və Tehranın nüvə bombası istehsal etməsinin qarşısı alınacaq.

XS
SM
MD
LG