Accessibility links

Iranın dövlət mediası cümə axşamı Tehranda yanan çoxmərtəbəli binanın dağıldığı barədə məlumat verib. Nəticədə yanğınsöndürənlər daxil olmaqla, onlarla insan ölüb və ya xəsarət alıb.

Yanğın Tehranın mərkəzində yerləşən ikonik Plasco binasında baş verib.

Tehranın Yanğınsöndürmə İdarəsi yanğının səbəbi ilə bağlı heç bir şərh verməyib.

Bina dağılmadan öncə yanğınsöndürənlər saatlar boyunca yanğını söndürməyə çalışıblar. Polis binadan qiymətli əşyalarını çıxarmaq istəyən mağaza sahibləri və digərlərini ərazidən uzaq tumağa çalışıb.

Bina saniyələr içində dağılıb.

Fransa xəbər agentliyi bildirir ki, Plasco Tehranda inşa edilən ilk çoxmərtəbəli bina və alış-veriş mərkəzi olub. 1962-ci ildə inşası bitəndə isə Plasco həmçinin şəhərin ən hündür binası olub.

Bina tanınmış iranlı-yəhudi biznessmen Habibullah Elganian tərəfindən inşa edilib. O, İsraillə əlaqəsi olduğuna görə 1979-cu ildə baş verən İslam İnqilabından sonra həbs edilib, ölüm cəzasına məhkum edilmişdi.

XS
SM
MD
LG