Accessibility links

İran həbsxanasında partlayış zamanı 19 nəfər yaralanıb


İran həbsxanasında partlayış zamanı 19 nəfər yaralanıb
İran həbsxanasında partlayış zamanı 19 nəfər yaralanıb

İraqla sərhəd yaxınlığında yerləşən İlam şəhərində ən böyük həbsxanada baş vermiş partlayış nəticəsində iki məhbus qaça bilib

İran mətbuatının verdiyi məlumata görə ölkənin qərbində hücumçuların həbsxanaya qumbara atması nəticəsində 19 nəfər yaralanıb.

İraqla sərhəd yaxınlığında yerləşən İlam şəhərində ən böyük həbsxanada baş vermiş partlayış nəticəsində iki məhbus qaça bilib.

Yarı rəsmi Fars xəbər agentliyi hadisənin məhbuslarla görüş saatı zamanı baş verdiyi haqda məlumat verib.

Mehr xəbər agentliyinin verdiyi məlumara görə, həbsxanadan qaçmış məhbuslardan biri asılmaqla ölüm cəzasına məhkum edilmiş qatildir.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG