Accessibility links

Yukiya Amano: İran nüvə proqramının dinc mahiyyət daşıdığına dair etibarlı dəlillər nümayiş etdirmir


BMT-nin nüvə agentliyi İranın məqsədlərini bir daha sual altına alıb.

Beynəlxalq Atom Enerjisi Agentliyinin bu gün Vyanada idarə heyətinin üzvləri ilə görüşən rəhbəri Yukiya Amano deyib ki, İran nüvə proqramının dinc mahiyyət daşıdığına dair etibarlı dəlillər nümayiş etdirmir.

O, İranın Pərçin nüvə obyektində görülən işlərdən narahatlığını dilə gətirib. Yukiya Amano məsələnin diplomatik yolla təcili şəkildə araşdırılmasına çağırıb.

Beynəlxalq Atom Enerjisi Agentliyi bu obyektdən nüvə silahlarının inkişafı məqsədi ilə istifadə edildiyindən şübhələnir. İran beynəlxalq müfəttişlərin obyektin fəaliyyətlərini yoxlamasına yol vermir.

Agentlik gələn ay Tehranda İranla müzakirələri bərpa etməyi planlaşdırır.

İran beynəlxalq ictimaiyyətin tələblərinə cavab vermədiyi üçün 4 dəfə BMT-nin sanksiyalarına məruz qalıb.
XS
SM
MD
LG