Accessibility links

BMT-nin nümayəndə heyəti İrandan heç bir nəticə əldə etmədən geri dönüb


BMT-nin nüvə agentliyinin nümayəndə heyəti İrandan nüvə silahlarının inkişafı ilə bağlı təhqiqatlarla bağlı heç bir nəticə əldə etmədən geri dönüb.

Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndə heyətinin rəhbəri Herman Nakaerts deyib ki, tərəflər razılığı yekunlaşdırmağa nail olmayıb. Lakin o, hər hənsısa nailiyyət əldə edildiyindən danışmayıb.

BMT müfəttişi agentliyin müzakirələri davam etdirəcəyini və növbəti addımın müəyyən edilməsi üçün vaxta ehtiyac olduğunu bildirib.

Gələcək danışıqların vaxtı məlum deyil.

İranın dövlət mediası isə bəzi müddəalar üzərində razılaşıldığını bildirsə də, təfərrüata varmayıb.

Fevral ayının 26-da İran Qazaxıstanda ABŞ, Britaniya, Çin, Fransa və Almaniya nümayəndələri ilə görüşə qatılacaq.
XS
SM
MD
LG