Accessibility links

İran BMT-yə səfir təyin edilən şəxsin əvəz edilməyəcəyini bəyan edib


Hamid Abutalebi, Iran's new UN Ambassador
Hamid Abutalebi, Iran's new UN Ambassador

Həmid Əbutalebinin viza ilə təmin edilməsi üçün BMT-də qanuni mexanizmlərdən istifadə ediləcək

İran BMT-yə səfir təyin edilən şəxsin əvəz edilməyəcəyini bəyan edib. İranın Xarici İşlər Nazirliyinin rəsmisi Həmid Əbutalebinin viza ilə təmin edilməsi üçün BMT-də qanuni mexanizmlərdən istifadə ediləcəyini deyib.

Ağ Evin bildirdiyinə görə, ABŞ BMT və İrana İranın BMT-yə səfir təyin etdiyi şəxsi viza ilə təmin etməyəcəyi barədə xəbərdar edib.

ABŞ rəsmiləri Həmid Əbutalebinin seçilməsinə etiraz edir. Belə ki, o, 1979-cu ildə ABŞ-ın Tehrandakı səfirliyinin ələ kçeirilməsində əli olduğunda günahlandırılır. O zaman Amerikanın 52 diplomatı 444 gün girov saxlanmışdı.

Ağ Evin sözçüsü Cey Karni bu gün bildirib ki, Amerika Əbutalebi barədə öz qərarını həftənin əvvəlində bəyan edib.

Əbutalebi İranın Belçika, Avropa İttifaqı, İtaliya və Avstraliyadakı səfiri vəzifələrində çalışıb. O, İmam xəttinin tərəfdarları tələbələrə yalnız tərcümə və müzakirələrdə yardım etdiyini iddia edir.

Girov böhranından sonra ABŞ-la İran arasında diplomatik əlaqələr kəsilib.
XS
SM
MD
LG