Accessibility links

ABŞ-ın nəhəng Boeing şirkəti İrana sərnişin təyyarələrinin satışına dair müqavilə imzalayıb. Bu, ABŞ-la İran arasında 37 il ərzində ilk böyük biznes müqaviləsi hesab edilir.

İranın dövlətə məsxsus hava yolları üçün azı 100 sərnişin təyyarəsinin alınmasına dair müqavilənin dəyəri 25 milyard dollar təşkil edir.

Nüvə razılaşmasının imzalanmasından sonra İrana qarşı tətbiq edilmiş bir çox iqtisadi sanksiyalar aradan qaldırılması ilə İran Air hava yolları şirkəti təyyarələri uçuşlarının artırılmasına hazırdır. İran sərnişin təyyarələrinin alınması üçün Avropanın Airbus şirkəti ilə də müqavilə imzalayıb.

Boeing şirkəti bildirib ki, Obama administrasiyası Tehranın nüvə razılığına dair öhdəlikləri yerinə yetirdiyini müəyyən etdikdən sonra İranla müqaviləni təsdiqləyib.

ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi deyib ki, Boeing və İran arasında müqavilə Birgə Hərtərəfli Aksiya Planı adlandırılan nüvə razılığı ilə nəzərdə tutulmuş biznes fəaliyyətlərindən biridir.

XS
SM
MD
LG