Accessibility links

İranda məşhur film rejissoru Cəfər Pənahi azadlğa buraxıldı


Iran mətbuatı xəbər verir ki, rəsmilər beynəlxalq festivallarda mükafatlara layiq görülmüş film rejissoru Cəfər Pənahini 200 min dollar zəmanət müqabilində həbsdən azad edib.

Iran mətbuatı xəbər verir ki, rəsmilər beynəlxalq festivallarda mükafatlara layiq görülmüş film rejissoru Cəfər Pənahini 200 min dollar zəmanət müqabilində həbsdən azad edib. Xəbərlərə əsasən İranda müxalifət hərəkatının fəalı çərşənbə günü Evin həbsxanasından buraxılmışdır. Lakin xəbərdə bildirilir ki, ona qarşı sürülən ittiham Tehranın inqilab məhkəməsinə təqdim edilə bilər. Iran rəsmiləri Pənahini, onun yoldaşını, qızı və 15 qonağını mart ayında həbsə almışdı. Qonaqlar və rejissorun ailəsi sonradan buraxılmışdı. Rəsmilər Pənahini ölkədə ciddi təhqir hesab edilən rejimə qarşı tənqid tonlu filmin çəklişində ittiham edib. O, aclıq aksiyası elan edərək, ailəsini görməyi tələb edib. Pənahi “Dairə” filminə görə çox məşhurdur. Bu film İslamçı rejimdə qadınlara qarşı olan rəftarı tənqid edir. Film 2000-ci ildə Venesiya Film Festivalında mükafata layiq görülüb.

XS
SM
MD
LG