Accessibility links

İranın nüvə proqramına dair Cenevrə müzakirələri davam etdirilir


Müzakirələrə ABŞ dövlət katibi Con Kerri də qatılıb

ABŞ dövlət katibi Con Kerri və Qərb diplomatlarının iştirakı ilə İranın nüvə proqramına dair Cenevrə müzakirələri davam etdirilir.

ABŞ Dövlət Departamenti Kerrinin danışıqlara qatılmasının İranla dünya ölkələri arasındakı fikir ayrılıqlarını azaldacağına yardım edəcəyini bildirib. Kerri mühüm bir neçə məsələdəki boşluqların doldurulmaslı olduğunu deyib.

Cenevrəyə yola düşməzdən əvvəl Con Kerri İranın nüvə proqramının tamamilə dayandırılmasını istəyən İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb.

Netanyahu müxbirlərlə görüşü zamanı İranın əsrin razılığını əldə etdiyini, dünya ictimaiyyətinin isə heç bir şeyə nail olmadığını deyib.

Fransa, Almaniya və Britaniyanın xarici işlər nazirləri də müzakirələrə qatılacaqlarını bəyan edib.

Dünən danışıqların birinci gününun nailiyyətli olduğu deyilir. İranın xarici işlər naziri Cavad Zərif razılıq əldə ediləcəyinə inandığını deyib.
XS
SM
MD
LG