Accessibility links

Fransanın xarici işlər naziri Loren Fabius Parisin “ağılsızlar üçün razılığın” bir hissəsi olmaq istəmədiyini deyib


İranın mübahisəli nüvə proqramına dair Cenevrə danışıqlarının üçüncü günü Britaniyanın xarici işlər naziri Ulyam Heyq danışıqları müsbət inkişaf kimi qiymətləndirib. Lakin o deyib ki, həll edilməli bir sıra mühüm məsələlər qalmaqdadır. Nazir uğurlu nəticə əldə edilməsini söyləməyin hələ çox tez olduğunu bildirib.

Fransanın xarici işlər naziri İranın mövqeyindən razı qalmadığını və Parisin “ağılsızlar üçün razılığın” bir hissəsi olmaq istəmədiyini deyib. Loren Fabius razılığın ilkin mətnində büdrəyən məqamlar olduğunu deyib.

Fabius deyib ki, İran plutonium istehsal edilən Arak şəhərindəki reaktorun fəaliyyətini dayandırmaqdan boyun qaçırır. Nazir digər bir mübahisəli tələbin uran zənginləşdirilməsi ilə bağlı olduğunu bildirib.

ABŞ dövlət katibi Con Kerri mühüm bir neçə məsələdəki boşluqların doldurulmaslı olduğunu vurğulayıb.

İran prezidenti Həsən Ruhani dünyanın 6 qüdrətli ölkəsini Cenevrə müzakirələrindən razılıq əldə edilməsi üçün misilsiz bir imkan kimi istifadə edilməsinə çağırıb. Rushani bu çağırışı Tehranda Yaponiyanın xarici işlər naziri Fumio Kişida ilə görüşü zamanı edib.

İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif bu danışıqların sonunda dalana dirənmiş nüvə proqramının həlli istiqamətində dünyanın altı qüdrətli ölkəsi ilə müqavilə bağlanacağını ehtimal etdiyini deyib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov müzakirələrə bu gün qatılıb. Çin isə yüksək səlahiyyətli rəsmisini göndərib.

ABŞ prezidenti Barak Obama İrana qarşı qüvvədə olan sanksiyaların yüngülləşdirilməsini dəstəklədiyini bildirib.

Ağ Ev prezidentin İranla razılıq əldə edilməsinin əleyhinə olan İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqlar apardığını bildirir.

Netanyahu cümə günü İranın əsrin razılığını əldə etdiyini, dünya ictimaiyyətinin isə heç bir şeyə nail olmadığını deyib.
XS
SM
MD
LG