Accessibility links

BMT-nin Narkotik Maddələr və Cinayətkarlığa qarşı mübarizə agentliyinin başçısı İrandadır

  • Amerikanın səsi

BMT-nin Narkotik Maddələr və Cinayətkarlığa qarşı mübarizə agentliyinin başçısı İrandadır

BMT-nin Narkotik Maddələr və Cinayətkarlığa qarşı mübarizə agentliyinin başçısı İrandadır

BMT-nin Narkotik Maddələr və Cinayətkarlığa qarşı mübarizə agentliyinin başçısı Yuri Fedotov İranda narkotik maddələrdən istifadə və narkotik qaçaqmalçılığı problemlərini müzakirə etmək üçün Tehrana səfər edib. Üç gün sürəcək səfər zamanı o, İranın Əfqanıstan və Pakistanla sərhəd bölgələrində, habelə narkomanların reabilitasiya mərkəzində olacaq. İranın dövlətə məxsus mətbuatının verdiyi məlumata görə, prezident Mahmud Əhmədinejad BMT nümayəndəsi ilə danışıqlar zamanı narkotik maddələr alveri ilə qlobal səviyyədə mübarizə məsələsini qaldıracaq. Agentlik bildirir ki, İran dünyada ən çox tiryək və heroinin saxlanıb ələ keçirilən ölkədir. BMT-nin agentliyi bildirir ki, İran dünyada narkomaniya problemi ilə ən çox qarşılaşan ölkədir, lakin ölkədə təsirli müalicə üsulları mövcuddur. Cənab Əhmədinejad İranda narkotik maddələrin yayılması probleminə görə Qərb ölkələrini günahlandırır.

XS
SM
MD
LG