Accessibility links

İranın ixracatı bərpa etməsi perspektivi neft qiymətlərinin düşməsinə səbəb olub


Rəsmi Tehran və dünyanın altı qüdrətli dövləti arasında çərşənbə axşamı İranın nüvə proqramının məhdudlaşdırılmasını nəzərdə tutan razılaşmanın əldə edilməsi dünya bazarlarında neftin qiymətinin düşməsi ilə nəticələnib.

Dünyanın əksər yerlərində satılan brent markalı xam neftin qiyməti razılaşmanın elan olunmasından cəmi bir neçə saat sonra 2,3 faiz aşağı enərək, bir barel üçün 58,23 ABŞ dollar təşkil edib.

2016-cı ildən etibarən İranın qlobal investorlar üçün qapalı ölkə statusu dəyişəcək və oraya böyük investisiya axını gələcək.

2012-ci ildə BMT, ABŞ və digər Qərb dövlətlərinin Tehrana nüvə proqramının dayandırılmasını nəzərdə tutan razılığı müzakirə etmək üçün təzyiq göstərmək məqsədilə İrana qarşı iqtisadi sanskiyalar tətbiq etməsindən sonra İranın neft ixracatı böyük zərərə məruz qalmışdı. Yeni razılaşmada sözügedən iqtisadi sanksiyalar beynəlxalq müfəttişlərin İranın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyini təsdiq etdiyi halda tədricən aradan qaldırılacaq.

Bu o deməkdir ki, qarşıdan gələn aylarda milyonlarla barel İran neftinin dünya bazarına çıxması xam neftin qiymətinin indiki səviyyədə saxlanılması və hətta aşağı düşməsinə ciddi təsir edəcək.

Dünyada xam neft ehtiyatlarına görə dördüncü yerdə olan İran gündə 2,8 milyon barel neft istehsal edir. Buna baxmayaraq İranın neft naziri Bican Namdar Zanganehin sözlərinə görə, onlar sanksiyalar aradan qalxan kimi hasilatı 500,000 barel artıracaq, növbəti yarım il ərzində isə neft hasilatının həcmi daha 500,000 barel artırılar bilər.

Qərblə bərbad münasibətləri uzun müddət İranı dünyadan təcrid edib.

Qərblə bərbad münasibətləri uzun müddət İranı dünyadan təcrid edib.

Britayanın tanınmış neft şirkəti BP-nin hesablamalarına görə İranın neft ehtiyatı 158 milyard barel təşkil edir. Bu isə Çin kimi nəhəng neft istehlakçısının qırx il müddətində təmin edilməsi üçün kifayətdir. Cənab Zanganehin sözlərinə görə, onların əsas hədəfi İran neftinin Avropa və Asiya bazarlarına çıxarılmasıdır.

Sanskiyalar üzrə ixtisaslaşmış hüquqşünas Saroş Zaivallanın Reuters agentliyinə verdiyi məlumata görə, iqtisadi sanksiyaların İran üzərindən qaldırılması ölkəyə böyük ticarət və investisiya imkanları gətirəcək, bu isə öz növbəsində, ölkənin neft sənayesində səmərəliliyin artması nəticəsində istehsalat xərclərinin aşağı düşməsinə səbəb olacaq.

Eni və Total sanksiyalardan öncə İranda fəaliyyət göstərmiş Avropa neft şirkətləridir. Onlar və digər neft nəhəngləri BP, Royal Dutch Shell və Exxon Mobil artıq İranın neft əməliyyatlarına cəlb olunmaq istədiklərini bildiriblər.

Renaissance Capital investisiya bankının analitikləri Çarlz Robertson və Daniel Salterin sözlərinə görə, İran qlobal investorlar üçün qapalı ölkələrdən biri olmasına baxmayaraq, 2016-cı ildən etibarən bu dəyişəcək və ölkəyə böyük investisiya axını gələcək.

Renault və Peugeot kimi tanınmış avtomobil şirkətləri, eləcə də amerikalılar İranın maşın bazarına yollar arayır.

Dünyanın böyük şirkətləri 80 milyon əhalisi və böyük büdcə xərcləri olan bir bazarın onlara yendən açılmasını səbrsizliklə gözləyir. İranın nəqliyyat naziri yaxın illərdə köhnəlmiş 400 təyyarənin dəyişdirilməsi üçün 20 milyard dollar maliyyəyə ehtiyac olduğunu deyib. Vyanada əldə edilmiş nüvə razılaşması həm də İranın xarici banklarda dondurulmuş təxminən 100 milyard dollar məbləğində vəsaiti yenidən ölkənin ixtiyarına verilməsilə nəticələnəcək.

Renault və Peugeot kimi tanınmış avtomobil istehsaçıları artıq İran tərəfdaşları ilə satışların bərpası haqqında danışıqları bərpa ediblər. Məlumata görə, Amerika avtomobil istehsalçıları da bu bazarda satış haqda düşünür.

Avropanın süd məhsulları istehsalçıları da İrana qayıtmağı planlaşdırır. Euromonitor-un verdiyi məlumata görə 2020-ci ildə İranda süd məhsullarının satışı 2010-cu il ilə müqayisədə doqquz dəfə artaraq, 18 milyard dollara çatacaq.

XS
SM
MD
LG