Accessibility links

Bu gün İranın nüvə stansiyasının yerləşdiyi Buşehr şəhəri yaxınlığında baş verən güclü zəlzələ azı 30 nəfərin ölümünə, 800-dən çox insanın yaralanmasına səbəb olub.

Qırmızı Aypara təşkilatından xilasedicilər iki kəndə ciddi xəsarət dəydiyini bildirib.

Birləşmiş Ştatların Geoloji Araşdırmalar Mərkəzinin bildirdiyinə görə, 6.3 bal gücündəki zəlzələ 10 km dərinlikdə İran körfəzi yaxınlığındakı sahil Buşehrdən 89 km məsafədə baş verib. Zəlzələ İran körfəzinin digər sahillərində də hiss edilib.

Rəsmilərin verikləri məlumata görə Buşehr şəhərindən 18 km məsafədə yerləşən nüvə stansiyaya ziyan dəyməyib, və öz funksiyasını normal davam etdirir.

XS
SM
MD
LG