Accessibility links

Morqda sağ tapılan məhbusun ölüm hökmünün ləğvinə çağırılır


İranın baş hakimi asılaraq edam edilən narkotik qaçaqmalıçısı Əlirezanın morqda sağ tapılmasından sonra hökmün icrasının ləğvinə dair çağırışlarla üzləşib.

37 yaşlı məhbus həkim tərəfindən ölü elan edildikdən sonra morqa aparılıb. Yerli mətbuatın bildirdiyinə görə, mərhumun cəsədini təhvil almağa gedən ailə üzləri onun nəfəs aldığını müəyyən edib.

Hakim hazırda xəstəxanada olan Əlirezanın səhhətinin yaxşılaşmasından sonra yenidən asılacağını bildirib.

İranın insan haqları müdafiəçisi Məhəmməd Mustafayi Amerikanın Səsinə bildirib ki, baş hakim yenidən edamı ləğv etmək səlahiyyətinə malikdir.

İranda bir qrup insan haqları müdafiəçisi baş hakim Ayatulla Sadeq Laricaniyə ünvanladığı petisiyada istisna edilməsini istəyib.

Amnesty International qrupu İranın səlahyyətli nümayəndələrini Əlirezanın ölüm hökmünün ləğvinə çağırıb.

İranda 2013-cü ildə 508 adamın ölüm hökmü icra edilib. Onların 221-i rəsmən təsdiq edilməyib. Amnesty International həmin insanların əksəriyyətinin narkotik maddə qaçaqmalçılığında günahlandırıldığını deyir.
XS
SM
MD
LG